"Rövzətul Kafi" hədis 586. Muhamməd ibn Hüseyn öz ata-babalarından belə nəql edir: “Möminlərin əmiri Əli (ə) xütbə etmiş (bu rəvayəti başqa birisi digər isnadla rəvayət etmiş və bunu onun Ziqarda (Küfədə yer adıdır-red.) xütbə etdiyini qeyd etmişdir), Allaha həmd va sənalar söylədikdən sonra belə buyurmuşdur: "Allah-taala bəndələrini özlərinə ibadətdən çıxarıb (uzaqlaşdırıb) Ona ibadətə, əhdlərindən çıxarıb Özü ilə əhd-peyman bağlamağa, biri-birilərinə itaətdən Özünə itaətə va onların vilayətindən Öz vilayətinə yönəltmək məqsədi ilə Muhəmmədi (s) haqq olaraq bir peyğəmbər, müjdə verən, Allahın izni ilə Ona dəvət edən, nur saçan bir çıraq, haqlı olanlara üzrxahlıq, Allah yoluna qaytaran va qorxudan göndərmişdir. İnsanlar öz Rəblərindən cahil olduqları anda Onu tanımaq va Onu inkar etdiklari anda Ona daha da yaxınlaşmaq, inkar etdiklərinə onların ayaqlarını sabitqədəm etmək üçün onunla hökmləri bəyan etmiş, bəyan etdiyini möhkəmlətmiş, haqqı batildən ayırmış və Quranla bəyan etmişdir. Allah-taala Öz kitabında Onu görməməklə onlar üçün təcəlla etmiş, onlara Öz helmi ilə necə helmli olmağı, əfv etməklə necə əfv etməyi və Öz qüdrəti ilə necə qüdrətli olmağı göstərmişdir. Həmçinin O, Öz gücü ilə onları qorxutmuş, onlara yaratdığı nişanələri necə yaratdığını və Ona üsyan edənləri cəzalandıraraq yer üzündən sildiyini, bəla göndərməklə onları toplu şəkildə necə həlak etdiyini, onlara necə ruzi verdiyini, hidayət və əta etdiyini anlatmışdır. Habelə, onlara necə hökm etdiyini və səbir edərək onları necə görüb eşitdiyini aydınlatmışdır. Allah-taala Muhəmmədi (s) bunun üçün göndərmişdir. Sonra, məndən sonra sizə elə bir zaman gələcək ki, onda haqdan gizli, batildən aşkar, Allah və Onun Rəsulu (ə) haqda yalanlardan çox heç nə olmayacaqdır. Həmin zamanda haqq olaraq tilavət edilən Qurandan az faydalanarlar, lakin yerləri (mənaları) təhrif edilməklə Qurandan qiymətli heç nə olmayacaq. O zaman şəhərlərdə və bəndələr arasında yaxşılıqdan (yaxşılıq etməkdən) daha pis və pislikdən (pislik eləməkdən) daha yaxşı heç nə olmayacaq. O zaman zəlalətdən haqq yoluna hidayət etməkdən başqa heç bir şey "rədd edilən açıq-aşkar günah” və “yaralayan cəza” hesab edilməyəcək. Kitabı (Quranı) daşıyanlar (təbliğ edənlər) ona arxa çevirər, hafizi olanlar isə onu unudarlar. Onları nəfsləri yönləndirər və bunu öz ata-babalarından miras götürərlər. Onlar yalan söyləmək və təkzib etmək məqsədi ilə Quranı təhrif edərlər. Onlar ona rəğbətsiz olduqları üçün onu heç neçəyə satarlar. Beləliklə də, Quran və Quran əhli onları bir-birinə bağlayacaq heç bir şeyin (və ya kimsənin) olmadığı bir halda eyni yolda biri-birilərini inkar və rədd edəcək, biri-birilərindən ayrı düşmüş yoldaşlar olacaqlar. Bu iki yoldaşın nə üçün yaradıldıqlarında biri-birilərinə qarşı əhəmiyyətsiz olmaları necə də xoş görünəcək. O zaman Quran və Quran əhli insanların içində olmaqla, onlardan biri olmaz, onlarla birgə olmaqla onlardan ayrı düşər, çünki zəla1ət va hidayət bir araya gəlsə də, onlar biri-birilərinə uyğun deyillər (üst-üstə düşmürlər). Bir dəstə ayrılmaq barədə bir araya gələr və camaatdan ayrılar. Onların dini va dünyəvi məsələlərini onlar barədə hiylə işlədən, onlara pislik edən, onları qət1ə yetirən və rüşvətxor kəslərə həvalə edərlər. Sanki Quran onların rəhbəri deyil, onlar Quranın rəhbəridirlər. Onlarda haqdan yalnız ad qalacaq və Qurandan yalnız xətti və yazısı qalacaq. İslama daxil olan Quran hökmlərini eşitdikdən sonra xatircəmlik tapmadan bir an belə oturmayaraq (qalmayaraq) dindən çıxacaq. Be1ə1ik1ə də o, bir sultanın mülkündən çıxıb digər bir sultanın mülkünə, bir sultanın vilayətindən çıxıb digər bir sultanın vilayətinə, bir sultanın itaətindən çıxıb digər bir sultanın itaətinə və bir sultanın əhd-peymanından çıxıb digər bir sultanın əhd-peymanına daxil olacaq. Allah da onları tədricən bilmədikləri yerdən yaxalayacaq. Həqiqətən Allahın möh1ət verməsi, məkr va tədbiri möhkəmdir. Belə ki, onlar günahla öz nəsillərini artıracaq va zülm1ə hökm çıxaracaqlar. Quran onların zəlaləti və azğınlıqları haqqında heç bir misal çəkməmişdir. Onlar Allah dinindən olmayan qanunlarla hökm çıxaracaq və Allahdan başqasının itaətinə əmr edəcəklər. Onların məscidləri zəla1ət baxımından abad, hidayət baxımdan isə xarabalığa bənzəyəcək. Hamin məscidlərdə hidayət anlayışları tamami1ə dəyişdiriləcək. Həmin məscidlərin qariləri və abad edənlari Allahın yaratdığı ən uğursuz məxluqat olacaqlar. Zəlalət onların vasitəsi1ə vüsət alacaq və elə onların özlərinə də qayıdacaq. Onların zəlalətdə olduqlarını bilərək məscidə gedənlər istisna olmaqla, məscidə getmək əzəmətli olan Allaha küfr etmək hesab ediləcək. Məscidlər də onların bu zəlalətlərinə görə hidayət baxımından xarabalığa, zəlalət baxımından isə abadlığa çevriləcək. Allahın şəriəti dəyişdiriləcək və şəri qanunların icrasında hədd aşılacaq. Belə ki, onlar hidayətə dəvət etməyəcək, qənimətləri bölməyəcək, zimmətlərində olana vəfa etməyəcək və bu yolda qətlə yetiriləni şəhid hesab edəcəklər. Onlar Allaha iftira atacaq, Onu inkar edəcək, cəha1ət1ə elmdən ehtiyacsız olacaqlar, çünki onlar bundan əvvəl saleh bəndələrin qulaqlarını və burunlarını kəsərək onları dərhal cəzalandırmışlar. Onlar öz aralarında doğru sözü “Allaha iftira” hesab edəcəklər. Onlar yaxşı əmələ görə çox pis bir cəza tətbiq edəcəklər. Odur ki, Allah-taala belə buyurur:” Həqiqətən, sizə özünüzdən bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır" ("Tövbə” surəsi, 128-ci ayə) Həmçinin Allah-taala ona bir kitab göndərdi ki, batil ona nə qarşısından nə də ki arxasından yol tapa bilər. (Kəlmə və mənalarında) heç bir əyrilik olmayan ərəbcə bir Quran! Qəlbləri diri olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəmin vəsfi) kafirlərin barəsində həqiqət olsun. Odur ki, arzu etmək sizə oyun qurmasın (aldatmasın) va əcəl sizə uzaq gəlməsin, çünki sizdən əvvə1ki1əri uzun-uzadı arzular həlak etmiş, əcəl onların üzərini örtmüş va onlara tövbəsini qəbul etməyən, üzrxahlığını rədd edən, döyəcləyən bir hadisə və qəzəb dolu bir vəd yetişmişdir. Artıq Allah-taala dəlili (va ya bəlanı) sizdən uzaqlaşdırmaq üçün sizə Öz vədini çatdımıış, sözünü aydınlatmış, şəriəti öyrətmiş və yolları (metodları) izah etmişdir. Həmçinin O, sizi zikr etməyə şövq etmiş və nicat yolunu sizin üçün aydınlatmışdır. Odur ki, kim Allahın nəsihətini dinləyə və Onun sözünü dəlil kimi götürərsə, onu ən möhkəm, ən sabit yola hidayət edər, hidayətdə müvəffəq, sabitqədəm edər, işini yaxşılığa doğru asanlaşdırar. Allahın yanında olan kəs amanda olar va qorunar. Allahın düşməni isə qorxu içində və məğrur (vəya aldanmış) halda olar. Odur ki, Allahl çoxlu zikr etməklə Onun əzabından qorunun. Ondan təqva ilə qorxun və Ona itaətlə yaxınlaşın. O, (öz bəndələrinə) yaxın və icabət edəndir (duanı qəbul edəndir). Belə ki, Allah-taala belə buyurur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda Mən həqiqətən (hamıya) yaxınam. Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar" ("Bəqərə” surəsi, 186-cı ayə). Odur ki, Allahın dəvətini qəbul edin, Ona iman gətirin. Allahın əzəmətini bilib, Ona özlərini əzəmətli etməyənlər kimi təzim edin. Allahın əzəmətini bilib, Onun qarşısında təvazökarlıq edənlər daim yüksəkdədirlər. Allahın cəlalını (qüdrətini) anlayıb, Onun qarşısında özlərini zəlil edənlər daim izzətlidirlər. Allahın qüdrətini bilib, Onun qarşısında təslim olanlar daim salamatdırlar. Onlar bilik həddindən sonra özlərini inkar etməzlər və hidayətdən sonra yollarını azmazlar. Odur ki, sağlam insanın dərmandan (və ya xəstəlikdən) və xəstənin xəstəlikdən uzaqlaşdığı kimi haqdan uzaqlaşmayın. Bilin ki, hidayət yolunu tərk edəni tanımadığınız müddətdə onun yolunu tanımayacaqsınız. Əhd-peymanı pozanı tanımadığınız müddətdə Quran baradə əhd-peymanı qəbul etməyəcəksiniz. Quranı arxasına atanı tanımadığınız müddətdə ondan möhkəm yapışmayacaqsınız. Quranı təhrif edəni tanımadığınız müddətdə onu həqiqi surətdə tilavət etməyəcəksiniz. Hidayət yolunu tanımadığınız müddətdə zəlalətin nə oldugunu bilməyəcəksiniz. Həddini aşanı tanımadığınız müddətdə təqvanın nə olduğunu anlamayacaqsınız. Əgər bunları bilsəniz, o zaman bidət və boş-boş sözləri anlayacaqsınız. Allaha və Onun rəsuluna (s) atılmış iftiraları, Allah kitabının təhrif edildiyini görəcəksiniz. Həmçinin Allahın hidayət etdiyi kəsi necə hidayət etdiyini görəcəksiniz. Bilməyənlər sizi cahil saymasınlar. Quran elmini yalnız onun dadına baxan, cəha1ətini elmlə anlayan, kor olduğunu görən və kar olduğunu eşidən bilər. O, yalnız Quranı oxumaqla nəyi itirdiyini anlayar və onunla öləndən sonra dtri1ər. Onunla Allah dərgahında yaxşı əmə11ər1ə sabit olar, onunla pisliklər pozular və onunla Allahın rizvanını qazanar. Odur ki, onu (Quran elmini) xas əhlindən alın, çünki onlar seçilmişlərdir. Onlar yola işıq saçan nur və iqtida edilən rəhbərlərdirlər. Onlar elmin yaşaması və cəhalətin ölümüdürlər. Onlar o şəxslərdir ki, hökmləri sizə elmlərindən, susmaları sözlərindən və zahirləri batinlərindən xəbər verər. Onlar o kəslərdir ki, dinə xilaf çıxmaz və dində ixtilafa düşməzlər. Aralarında Quran onlara şahid, onları təsdiq edən, onları (lazım olan zamanda) susduran və danışdırandır. Onların vəzifəsi haqqa şahid olmaq, doğru xəbər vermək, haqqa xilaf çıxmamaq va haqda ixtilafa düşməməkdir. Onlar Allahın elmində əvvəlcədən belə olmuşlar va Allahın doğru hökmü onların üzərində davam etməkdədir. Bu da yada salanlar üçün bir xatırlamadır. Odur ki, haqqı eşitdiyiniz zaman, onu olduğu kimi dərk edin və onu rəvayət (hekayə) edən kimi dərk etməyin, çünki Quranı rəvayət edən çox, ona riayət edən isə azdır. Yardım edən yalnız Allahdır!"
Али с Истиной
Möminlərin əmiri Əlinin (ə) xütbəsi
"Rövzətul Kafi" hədis 586.
Muhamməd ibn Hüseyn öz ata-babalarından belə nəql edir:
“Möminlərin əmiri Əli (ə) xütbə etmiş (bu rəvayəti başqa birisi digər isnadla rəvayət etmiş və bunu onun Ziqarda (Küfədə yer adıdır-red.) xütbə etdiyini qeyd etmişdir), Allaha həmd va sənalar söylədikdən sonra belə buyurmuşdur:
"Allah-taala bəndələrini özlərinə ibadətdən çıxarıb (uzaqlaşdırıb) Ona ibadətə, əhdlərindən çıxarıb Özü ilə əhd-peyman bağlamağa, biri-birilərinə itaətdən Özünə itaətə va onların vilayətindən Öz vilayətinə yönəltmək məqsədi ilə Muhəmmədi (s) haqq olaraq bir peyğəmbər, müjdə verən, Allahın izni ilə Ona dəvət edən, nur saçan bir çıraq, haqlı olanlara üzrxahlıq, Allah yoluna qaytaran va qorxudan göndərmişdir. İnsanlar öz Rəblərindən cahil olduqları anda Onu tanımaq va Onu inkar etdiklari anda Ona daha da yaxınlaşmaq, inkar etdiklərinə onların ayaqlarını sabitqədəm etmək üçün onunla hökmləri bəyan etmiş, bəyan etdiyini möhkəmlətmiş, haqqı batildən ayırmış və Quranla bəyan etmişdir. Allah-taala Öz kitabında Onu görməməklə onlar üçün təcəlla etmiş, onlara Öz helmi ilə necə helmli olmağı, əfv etməklə necə əfv etməyi və Öz qüdrəti ilə necə qüdrətli olmağı göstərmişdir. Həmçinin O, Öz gücü ilə onları qorxutmuş, onlara yaratdığı nişanələri necə yaratdığını və Ona üsyan edənləri cəzalandıraraq yer üzündən sildiyini, bəla göndərməklə onları toplu şəkildə necə həlak etdiyini, onlara necə ruzi verdiyini, hidayət və əta etdiyini anlatmışdır. Habelə, onlara necə hökm etdiyini və səbir edərək onları necə görüb eşitdiyini aydınlatmışdır. Allah-taala Muhəmmədi (s) bunun üçün göndərmişdir.
Sonra, məndən sonra sizə elə bir zaman gələcək ki, onda haqdan gizli, batildən aşkar, Allah və Onun Rəsulu (ə) haqda yalanlardan çox heç nə olmayacaqdır. Həmin zamanda haqq olaraq tilavət edilən Qurandan az faydalanarlar, lakin yerləri (mənaları) təhrif edilməklə Qurandan qiymətli heç nə olmayacaq. O zaman şəhərlərdə və bəndələr arasında yaxşılıqdan (yaxşılıq etməkdən) daha pis və pislikdən (pislik eləməkdən) daha yaxşı heç nə olmayacaq. O zaman zəlalətdən haqq yoluna hidayət etməkdən başqa heç bir şey "rədd edilən açıq-aşkar günah” və “yaralayan cəza” hesab edilməyəcək. Kitabı (Quranı) daşıyanlar (təbliğ edənlər) ona arxa çevirər, hafizi olanlar isə onu unudarlar. Onları nəfsləri yönləndirər və bunu öz ata-babalarından miras götürərlər. Onlar yalan söyləmək və təkzib etmək məqsədi ilə Quranı təhrif edərlər. Onlar ona rəğbətsiz olduqları üçün onu heç neçəyə satarlar. Beləliklə də, Quran və Quran əhli onları bir-birinə bağlayacaq heç bir şeyin (və ya kimsənin) olmadığı bir halda eyni yolda biri-birilərini inkar və rədd edəcək, biri-birilərindən ayrı düşmüş yoldaşlar olacaqlar. Bu iki yoldaşın nə üçün yaradıldıqlarında biri-birilərinə qarşı əhəmiyyətsiz olmaları necə də xoş görünəcək. O zaman Quran və Quran əhli insanların içində olmaqla, onlardan biri olmaz, onlarla birgə olmaqla onlardan ayrı düşər, çünki zəla1ət va hidayət bir araya gəlsə də, onlar biri-birilərinə uyğun deyillər (üst-üstə düşmürlər). Bir dəstə ayrılmaq barədə bir araya gələr və camaatdan ayrılar. Onların dini va dünyəvi məsələlərini onlar barədə hiylə işlədən, onlara pislik edən, onları qət1ə yetirən və rüşvətxor kəslərə həvalə edərlər. Sanki Quran onların rəhbəri deyil, onlar Quranın rəhbəridirlər. Onlarda haqdan yalnız ad qalacaq və Qurandan yalnız xətti və yazısı qalacaq. İslama daxil olan Quran hökmlərini eşitdikdən sonra xatircəmlik tapmadan bir an belə oturmayaraq (qalmayaraq) dindən çıxacaq. Be1ə1ik1ə də o, bir sultanın mülkündən çıxıb digər bir sultanın mülkünə, bir sultanın vilayətindən çıxıb digər bir sultanın vilayətinə, bir sultanın itaətindən çıxıb digər bir sultanın itaətinə və bir sultanın əhd-peymanından çıxıb digər bir sultanın əhd-peymanına daxil olacaq. Allah da onları tədricən bilmədikləri yerdən yaxalayacaq. Həqiqətən Allahın möh1ət verməsi, məkr va tədbiri möhkəmdir. Belə ki, onlar günahla öz nəsillərini artıracaq va zülm1ə hökm çıxaracaqlar. Quran onların zəlaləti və azğınlıqları haqqında heç bir misal çəkməmişdir. Onlar Allah dinindən olmayan qanunlarla hökm çıxaracaq və Allahdan başqasının itaətinə əmr edəcəklər.
Onların məscidləri zəla1ət baxımından abad, hidayət baxımdan isə xarabalığa bənzəyəcək. Hamin məscidlərdə hidayət anlayışları tamami1ə dəyişdiriləcək. Həmin məscidlərin qariləri və abad edənlari Allahın yaratdığı ən uğursuz məxluqat olacaqlar. Zəlalət onların vasitəsi1ə vüsət alacaq və elə onların özlərinə də qayıdacaq. Onların zəlalətdə olduqlarını bilərək məscidə gedənlər istisna olmaqla, məscidə getmək əzəmətli olan Allaha küfr etmək hesab ediləcək. Məscidlər də onların bu zəlalətlərinə görə hidayət baxımından xarabalığa, zəlalət baxımından isə abadlığa çevriləcək. Allahın şəriəti dəyişdiriləcək və şəri qanunların icrasında hədd aşılacaq. Belə ki, onlar hidayətə dəvət etməyəcək, qənimətləri bölməyəcək, zimmətlərində olana vəfa etməyəcək və bu yolda qətlə yetiriləni şəhid hesab edəcəklər. Onlar Allaha iftira atacaq, Onu inkar edəcək, cəha1ət1ə elmdən ehtiyacsız olacaqlar, çünki onlar bundan əvvəl saleh bəndələrin qulaqlarını və burunlarını kəsərək onları dərhal cəzalandırmışlar. Onlar öz aralarında doğru sözü “Allaha iftira” hesab edəcəklər. Onlar yaxşı əmələ görə çox pis bir cəza tətbiq edəcəklər. Odur ki, Allah-taala belə buyurur:” Həqiqətən, sizə özünüzdən bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır" ("Tövbə” surəsi, 128-ci ayə)
Həmçinin Allah-taala ona bir kitab göndərdi ki, batil ona nə qarşısından nə də ki arxasından yol tapa bilər. (Kəlmə və mənalarında) heç bir əyrilik olmayan ərəbcə bir Quran! Qəlbləri diri olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəmin vəsfi) kafirlərin barəsində həqiqət olsun. Odur ki, arzu etmək sizə oyun qurmasın (aldatmasın) va əcəl sizə uzaq gəlməsin, çünki sizdən əvvə1ki1əri uzun-uzadı arzular həlak etmiş, əcəl onların üzərini örtmüş va onlara tövbəsini qəbul etməyən, üzrxahlığını rədd edən, döyəcləyən bir hadisə və qəzəb dolu bir vəd yetişmişdir. Artıq Allah-taala dəlili (va ya bəlanı) sizdən uzaqlaşdırmaq üçün sizə Öz vədini çatdımıış, sözünü aydınlatmış, şəriəti öyrətmiş və yolları (metodları) izah etmişdir. Həmçinin O, sizi zikr etməyə şövq etmiş və nicat yolunu sizin üçün aydınlatmışdır. Odur ki, kim Allahın nəsihətini dinləyə və Onun sözünü dəlil kimi götürərsə, onu ən möhkəm, ən sabit yola hidayət edər, hidayətdə müvəffəq, sabitqədəm edər, işini yaxşılığa doğru asanlaşdırar. Allahın yanında olan kəs amanda olar va qorunar. Allahın düşməni isə qorxu içində və məğrur (vəya aldanmış) halda olar. Odur ki, Allahl çoxlu zikr etməklə Onun əzabından qorunun. Ondan təqva ilə qorxun və Ona itaətlə yaxınlaşın. O, (öz bəndələrinə) yaxın və icabət edəndir (duanı qəbul edəndir). Belə ki, Allah-taala belə buyurur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda Mən həqiqətən (hamıya) yaxınam. Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar" ("Bəqərə” surəsi, 186-cı ayə). Odur ki, Allahın dəvətini qəbul edin, Ona iman gətirin. Allahın əzəmətini bilib, Ona özlərini əzəmətli etməyənlər kimi təzim edin. Allahın əzəmətini bilib, Onun qarşısında təvazökarlıq edənlər daim yüksəkdədirlər. Allahın cəlalını (qüdrətini) anlayıb, Onun qarşısında özlərini zəlil edənlər daim izzətlidirlər. Allahın qüdrətini bilib, Onun qarşısında təslim olanlar daim salamatdırlar. Onlar bilik həddindən sonra özlərini inkar etməzlər və hidayətdən sonra yollarını azmazlar. Odur ki, sağlam insanın dərmandan (və ya xəstəlikdən) və xəstənin xəstəlikdən uzaqlaşdığı kimi haqdan uzaqlaşmayın.
Bilin ki, hidayət yolunu tərk edəni tanımadığınız müddətdə onun yolunu tanımayacaqsınız. Əhd-peymanı pozanı tanımadığınız müddətdə Quran baradə əhd-peymanı qəbul etməyəcəksiniz. Quranı arxasına atanı tanımadığınız müddətdə ondan möhkəm yapışmayacaqsınız. Quranı təhrif edəni tanımadığınız müddətdə onu həqiqi surətdə tilavət etməyəcəksiniz. Hidayət yolunu tanımadığınız müddətdə zəlalətin nə oldugunu bilməyəcəksiniz. Həddini aşanı tanımadığınız müddətdə təqvanın nə olduğunu anlamayacaqsınız. Əgər bunları bilsəniz, o zaman bidət və boş-boş sözləri anlayacaqsınız. Allaha və Onun rəsuluna (s) atılmış iftiraları, Allah kitabının təhrif edildiyini görəcəksiniz. Həmçinin Allahın hidayət etdiyi kəsi necə hidayət etdiyini görəcəksiniz. Bilməyənlər sizi cahil saymasınlar. Quran elmini yalnız onun dadına baxan, cəha1ətini elmlə anlayan, kor olduğunu görən və kar olduğunu eşidən bilər. O, yalnız Quranı oxumaqla nəyi itirdiyini anlayar və onunla öləndən sonra dtri1ər. Onunla Allah dərgahında yaxşı əmə11ər1ə sabit olar, onunla pisliklər pozular və onunla Allahın rizvanını qazanar.
Odur ki, onu (Quran elmini) xas əhlindən alın, çünki onlar seçilmişlərdir. Onlar yola işıq saçan nur və iqtida edilən rəhbərlərdirlər. Onlar elmin yaşaması və cəhalətin ölümüdürlər. Onlar o şəxslərdir ki, hökmləri sizə elmlərindən, susmaları sözlərindən və zahirləri batinlərindən xəbər verər. Onlar o kəslərdir ki, dinə xilaf çıxmaz və dində ixtilafa düşməzlər. Aralarında Quran onlara şahid, onları təsdiq edən, onları (lazım olan zamanda) susduran və danışdırandır. Onların vəzifəsi haqqa şahid olmaq, doğru xəbər vermək, haqqa xilaf çıxmamaq va haqda ixtilafa düşməməkdir. Onlar Allahın elmində əvvəlcədən belə olmuşlar va Allahın doğru hökmü onların üzərində davam etməkdədir. Bu da yada salanlar üçün bir xatırlamadır. Odur ki, haqqı eşitdiyiniz zaman, onu olduğu kimi dərk edin və onu rəvayət (hekayə) edən kimi dərk etməyin, çünki Quranı rəvayət edən çox, ona riayət edən isə azdır. Yardım edən yalnız Allahdır!"