25 фев 2015

əsəvvür edin evə gəlirsiniz.

Qapını açıb görürsünüz ki, bir pəzəvəng evinizə, ailənizə hücum edib. Evi darmadağın edib, uşağınızı öldürüb, evdəki qadınları isəzorlayır (yəni proses hələ davam edir). Sizsə bunun müqabilində heç nə etmədən qaçırsınız küçəyə və qonşularınızı kömək etməyə çağırırsınız. Qonşular isə kömək filan etmirlər. Bundan sonra siz o cinayətkar binamusun evdən rahat şəkildə çıxmasına göz yumursunuz və əlinizdə "QONŞULAR MƏNƏ ƏDALƏTLİ OLUN" yazılmış plakat qaldırıb hamıdan küsürsünüz. Xocalıya ədalət istəmək buna bənzəyir.
Xocalıya kimdən ƏDALƏT istəyirik? Özümüz ədalətli olub QARABAĞ üçün savaşmaq istəyirikmi? Bilirsiniz, artıq internet forumlar, plakatlar, masa arxası söhbətlər, ədalət axtarışı zamanı deyil! Qarabağ bizim zorlanmış namusumuzdur və biz bu ləkəni təmizləmək üçün yalnız SAVAŞMALIYIQ!
Mən Xocalının timsalında işğal altında olan torpaqlarımız üçün ədalət yox SAVAŞ istəyirəm!

Комментарии

  • 16 авг 2015 16:23
    Баку не россия
  • 27 фев 2016 13:20
    ​Аллах рахмат едсин габри нурла долсу каму как дилйа мна ана была харошым чалавекам Илхама  ханым сиз олмамисиниз бизимла йашайырсыз и будети жит​ АЛЛХ РАХМАТ ЕДСИН