9 июл 2013

On bir ayın sultanı,ALLAHın məğfirət,bərəkət və rəhmət ayı-RAMAZAN.

Комментарии

  • 15 июл 2013 17:00

    Sağ ol qardaşım bu mübarək ayda ALLAH öz rəhmət bərəkət və məğfirətini səndən əsirgəməsin amin

  • 23 июл 2013 22:21
    ZİNAKARIN CƏSƏDİNİ QƏBİR DƏ GÖTÜRMÜR


    Belə nəql olunur ki, İmam Sadiqin (ə) dövründə zinakar bir qadın varmış. Bu qadın zina yolu ilə hamilə qalar, qohum-qardaşın onun bu çirkin əməlindən xəbər tutmaması üçün dünyaya gətirdiyi uşaqları alova atıb yandırarmış.
    Yaxınlarından ancaq anası onun bu işini bilirdi. Bu qadın öləndə dəfn etmək üçün onun cənazəsini qəbristanlığa apardılar. Cənazəni qəbirə qoyanda torpaq onu geri atdı. Başqa bir qəbir qazıb qadının cənazəsini ora qoydular. Sonra üstünü torpaqla basdırdılar. Bu dəfə də qəbir yarıldı və cənazə bayıra atıldı.
    O qadının yaxınlarından bir neçə nəfər İmam Sadiqin (ə) yanına gəlib baş verənləri ona nəql etdilər. İmam Sadiq (ə) buyurdu: “Ölənin anasına xəbər verin gəlsin.” Bir az keçməmiş ölən qadının anası gəldi. İmam (ə) üzünü ona tutub dedi:
    “Sənin qızın sağlığında hansı günaha mürtəkib olmuşdur?”
    Qızın anası—mənim qızım zina ilə məşğul olar və başqaları onun bu pis əməlindən xəbərdar olmasın deyə, zinadan doğulan uşaqları yandırardı– deyə ona cavab verdi.
    İmam Sadiq (ə) buyurdu: “Torpaq bu qadının cənazəsini götürməyəcək. Çünki bu qadın Allah bəndələrini (uşaqları) Allaha xass olan əzabla (alovda yandırmaqla) cəzalandırıb.
  • 24 июл 2013 09:53

    Bu gözəl fikirlərə məndə qoşuluram. Allah bütün zalımlara lənət eləsin.

  • 24 июл 2013 18:55
    Hamiwa La'nat olsun !!!
  • 29 июл 2013 17:36
    Imam Əlinin (ə) şəhadət günləridir.
    İmam Əli (ə) o ilin Ramazan ayında daim öz şəhadətindən xəbər verirdi. Hətta ayın orta günlərindən birində minbərdə əlini mübarək saqqalına çəkib buyurmuşdu: "Ən bədbəxt şəxs bu tükləri başımın qızıl qanı ilə boyayacaq".Əli (ə) sübhün qaranlığında sübh namazını qılmaq üçün məscidə tərəf yola düşdü.imam (ə) məscidə daxil olub namaza başladı, təkbir deyib qiraətdən sonra səcdəyə getdi. Bu zaman Bədbəxtlərin Ən Bədbəxti Əşqəl-Əşqiya İbn Mülcəm ( lənətullahi əleyh ) fəryad çəkib, "Hökm yalnız Allahındır, sənin üçün deyildir, ya Əli!" deyərək zəhərli qılıncla Əli (ə)-ın mübarək başına zərbə vurdu. Təsadüfən bu zərbə elə əvvəllər Əmr İbn Əbdüvüddün vurduğu yerə endi və o həzrətin başını alnına qədər yardı.Mehrabda Əli (ə)-ın başından qan axıb mübarək saqqalını qızartdı. Bu halda o həzrət buyururdu: "Kəbənin Allahına and olsun ki, nicat tapdım! (Sonra bu ayəni tilavət etdi "Sizi torpaqdan yaratdıq, ona da qaytaracağıq və yenidən ondan (dirildib) çıxaracağıq.".O həzrətə bir az süd gətirdilər, bir az içib buyurdu ki, o süddən ibn Mulcəmə də aparsınlar və ona əziyyət verməsinlər.Əli (ə) iki gün sağ qaldıqdan sonra 40-cı ilin Ramazan ayının 21-ci gecəsində 63 yaşında dünyadan getdi. Onun əziz oğlu İmam Həsən (ə) öz əli ilə ona qüsl verdi, ona yeddi təkbirlə namaz qıldı, sonra buyurdu: "Bilin, Əli (ə)-dan sonra heç kimin cənazəsinə yeddi təkbir deyilməyəcəkdir."
    Əli (ə) Kufədə, "Ğərra" adlı bir yerdə (indiki Nəcəf-Əşrəfdə) dəfn edildi..Bugun Aləm matəmə qərq oldu! bugun hidayətin sutunlari yixildi! bugun yetimlər atasiz qaldi! bugun elmin qapisi baglandi! bugun təqvanın nişanələri məhv oldu.bugun Xaliq və məxluq arasında olan möhkəm ip üzüldü...ilahi Bizi Dunya və axirətdə Əlisiz ( ə) eləmə !!!
  • 29 июл 2013 17:51
    Imam Əlinin (ə) zərbətlənməsi

    Naibi Fatimə bağlırdu əliynin başını,
    Sinəmə vurma diyirdi baba hicran daşını
    Ağlayır cin o mələk səhlidi insan bu gecə
    Yıxdılar Haqqın evin yatmayın asan bu gecə
    Mələkutilər edir nalə vo əfqan bu gecə
    Cənnətə çəkdi qara xətme rəsulan bu gecə

    Cəbrayıl növhə deyib əhli səma ağlaşdı
    Nəhrlər qütilə Əlinin səsini saxlaşdı
    Nəxllər baş-başa verdi hamısı bağlaşdı
    Kufə şəhrində əsir qorxulu tufan bu gecə

    Kaş açılmazdı səhər zülmət olaydı əbədi
    Vırməyəydi o zinazadə vəliyyi əhədi
    Ucaləydi genə mehrabidə əl-həqq səmədi
    Tərke-meharb eliyib natiq Quran bu gecə

    Məscid o minbəri, mehrabə baxırdı nigaran,
    Mürtəzanın yolunu gözləyir mehrabı hər an.
    Müctəba gəldi namazı qıla iş oldu əyan,
    Məscid o minbər o mehrabıdı nalan bu gecə
    .
    Atasızlar da baxıb hey qapıya ağlardı,
    Nə qədər qəlbi daş olsaydı bu qəm dağlardı.
    Balalar da atanın yarəsini bağlardı,
    Çarəsiz dərdə düşüb Xosrove-xuban bu gecə
    .
    Neçə ləhzə gözünü gahi açır huşa gəlir,
    “Füztü Rəbbi” kəlməsi zümzümədə quşə gəlir.
    Həsənin qəlbi yanır, xune Hüseyn cuşa gəlir,
    Ayrılıqdır nəzəri yare-yetiman bu gecə
    .
    Bəxtinin ulduzu hey gahi süzür gahi şaxır
    Gözlərin Həzrət açır bir-bir uşaqlarə baxır.
    Balalar xune cigər gözyaşı ruxsarə axır,
    Beyti Mövladə olub gözyaşi ərzan bu gecə
    .
    Hamısı dövrədə göz tikmiş ata gözlərinə,
    İstiyirlər danışa can deyələr sözlərinə.
    Əl duada, verir ümid olar özlərinə,
    Səhərə çıxsa xətər rəf olar bu gecə
    .
    Vəli zəhrin əsəri xun-rəgə çıxmışdı,
    Ağamın gül ürəyin təngə salıb sıxmışdı.
    Mülcəmin oğlu qərəz dinin evin yıxmışdı,
    İstəyirdi dağıla payeye iman bu gecə
    .
    Hamı ahəstə tökürdü üzünə göz yaşını,
    Naibi Fatimə bağlırdu əliynin başını,
    Sinəmə vurma diyirdi baba hicran daşını,
    Ayrılıq fikrini at ey şəhi mərdan bu gecə
    .
    Hamı dildən alışıb, həbs eləmişdi nəfəsin,
    Hamı dildə çağırırdı həqq fəryadresin,
    Bir zaman gördülər Zeynəb ucalandırdı səsin,
    Dedi vay məzlum ata əyildi əfqan bu gecə
    .
    Zeynəbin vay səsi titrətdi Hüseyn o Həsəni,
    Hamı ya Fatimə səsləndi bilib məsələni,
    “Ata vay” naləsi qozandı səmaya ələni,
    Şərəf öldü, qutarıb dəhridə vicdan bu gecə
    .
    Pəxş olub göydə xəbər saneheye Heydərdən,
    Ərşün əhli baş açıb endi yerə göylərdən,
    Məhşərə bənzədi yer hadiseye əkbərdən,
    Boyanıb yasə bütün aləme-əmkan bu gecə

    Ənbiyalar cəm olub Həzrəte Taha başına,
    Səpdilər xake əza Məryəm o Sara başına,
    Saldılar bir qərə məcərdə ki, Zəhra başına,
    Qurdular bəzme buka məcməye huran bu gecə
    .
    Göz yaşı vermir aman, eylə kömək ya Mövla,
    Aşiqəm, eşqidə yox doz və kələk ya Mövla,
    Yox əyarım ağacan, vurma məhək ya Mövla,
    Sailəm, dər gəhvə ba dele suzan bu gecə
    .
    Sən o şahsan ki, qatilinə lütfün olub,
    Sən o şahsan bu gecə Zeynəbinin rəngi solub,
    Məclisi matəminə şiələrin gör nə dolub,
    Dərdimiz var nəzər eylə sənə qurban bu gecə !!!
  • 30 июл 2013 15:34
    ALLAHU EKBER. #u67e39a377es##u67e39ad77es##u67e39bba7es##u67e39c127es##u67e39c9f7es#
    #u67e39d8a7es##u67e39dd57es##u67e39e1a7es##u67e39e5f7es##u67e39eed7es#
    #u67e39f847es##u67e39fc97es##u67e3a0907es##u67e3a1087es##u67e3a1ba7es#
    #u67e3a2467es##u67e3a2ab7es##u67e3a3517es##u67e3a3df7es##u67e3a4ad7es#
    #u67e3a5507es##u67e3a5987es##u67e3a5d67es##u67e3a69b7es##u67e3a7a27es#
    #u67e3a8047es##u67e3a88d7es##u67e3a8e97es##u67e3a9257es##u67e3a94f7es#
    #u67e3a9877es##u67e3aa437es##u67e3aac57es##u67e3ab2d7es##u67e3ab9b7es#<font color=#c0c0c0 size=1>
  • 30 июл 2013 15:58
    QUR'ANI KARIM.#u59b24f8590s##u59b24fc690s##u59b2500a90s##u59b2501f90s##u59b2505d90s#
    #u59b2509590s##u59b250d890s##u59b250e890s##u59b250f090s##u59b250f990s#
    #u59b2516090s##u59b2520390s##u59b2520e90s##u59b2521790s##u59b2522390s#
    #u59b2528c90s##u59b2529690s##u59b252a390s##u59b252de90s##u59b252ea90s#
    #u59b2531290s##u59b2531a90s##u59b2532390s##u59b2532d90s##u59b2533290s#
    #u59b2536590s##u59b2539e90s##u59b253a990s##u59b253b290s##u59b253ba90s#
    #u59b2543d90s##u59b2544a90s##u59b2545090s##u59b2545e90s##u59b2547a90s#
    #u59b254fc90s##u59b2550c90s##u59b2554790s##u59b2555390s##u59b2556690s#<font color=#c0c0c0 size=1>
  • 29 июн 2014 04:01
    Amin, inşəəllah
  • 29 июн 2014 12:37
    Allab herkese bu ayi  bereketinden nesib etsin
  • 6 июл 2014 11:06
    Yanırıq eşq oduna qəlbdə sevda Əlidir,
    Nə gərək başqa gözəl çün bizə ziba Əlidir.

    Eləməz püç bir əməl hər işinin hikməti var,
    Yaradandan verilən “İnsana” məna Əlidir.

    Nə zaman hökmü – Xuda ümmətə ağır görünər,
    O zaman hökmü edən şövq ilə icra Əlidir.

    Qalalar fəth eləyib dildə Xuda zikri ilə
    Həmişə dini tutan dəhrdə əhya Əlidir.

    Bir olan nuru iki cismdə hökm etdi Xuda,
    Buna vaqif olana eynidi Taha Əlidir.

    Necə dərk eyləsin acizlər Əlinin kərəmin
    O qiyamət günü qismət bölən hətta Əlidir.

    Nə olubdursa Qədir – Xumda bilir əhli – vəfa,
    Sübutu ayə, hədis: — Höccəti – Yekta Əlidir.

    Pak olan abi – həyat çeşməsinə teşnələrə
    Həm mənbə, həm mənsəb, həm məcra Əlidir.

    Ey Əli aşiqi, düşmənlərə meydan oxu sən,
    Bu kifayət eləyər ki, sənə mövla Əlidir.

    Bizə düşmən nə edə zərrə tükənməz gücümüz,
    Bu tükənməz gücümüz bircə kərə “Ya Əlidir.”

    Mən Əli zakiriyəm şamu – səhər dildə budur,
    Bəşərə rahi – hüda, elmdə dərya Əlidir.

    Bir ömür “Ya Əli mövla” demişəm, səsləmişəm,
    Sağ olam ya öləm, hər yerdə təmənna Əlidir.

    Hələ gizlində qalan “ Höccət”isə, rəbbimizin
    Yer üzündə eləyən düzlüyü bərpa – Əlidir  !!!
  • 6 июл 2014 22:54
    Bahem.Inwallah.
  • 13 июл 2014 16:33
    Allah senin de mùkafatini versin,bu weri yazanin da,EHSEN