4 ноя 2013

Dediyin hər sözdə bir qəm duyulur,

Üzülmə hərşey yaxşı olacaq.
Hər zülmət gecənin səhəri olur,
Ümid günəşin heç batmayacaq,
Üzülmə hərşey yaxşı olacaq.
Həyat yolundan çəkilər duman,
Xoşbəxtlik qəlbini bürüyər tamam,
Dostana inamın qalıbsa inan,
Sevincdən göz yaşın qurumayacaq.
Üzülmə hərşey yaxşı olacaq.
Daha nəyə lazım üzündə bu qəm,
Sil qara gözünə yaraşmadı nəm,
Hansısa sözümlə qəlbinə dəysəm,
İnan qəlbim parça parça olacaq,
Üzülmə hərşey yaxşı olacaq.
Nə yaşın var, on yeddiyə gəlmisən,
Az ömründə hər əzabı görmüsən,
Hər əzaba səbr eləyib dözmüsən,
Sora dərtsizliyin dərdin olacaq,
Üzülmə hərşey yaxşı olacaq.

Комментарии