24 мар 2020

#Evdə qal kompaniyasına 😊

Dinlə məni ay bala, çıxma çölə, evdə qal,
Getmə əzizim daha qonşu gilə, evdə qal.
Ehtiyat eylə səni yoxsa ki, virus tutar,
Vermə salamın tutub sən əl-ələ, evdə qal.
Verməyə bayram payı, qorxdum, əlim gəlmədi,
Çün bizədə qorxuram xonça gələ, evdə qal.
Canına bax, xəstəlik indi adam öldürür,
Ölmə, özün gözlə ki, virus ölə, evdə qal.
Nəfsinə qalib gəlib, gəzməyinə yox denən,
Virus olubdur yaman çöldə tələ, evdə qal.
Yoxsul üçün hər günü evdə oturmaq zülüm,
Bitsin İlahi bizə yardım elə, evdə qal.
Sən bizi hifz et Xuda, qoyma bu dərd çox qala,
Yoxsa olar ey Səlim, getsə belə, evdə, qal.
müəllif Səlim Nəsirli

Комментарии

Комментариев нет.