Комментарии
- 21 апр 2014 10:31Aylin Kərimovacox gozel seirdi halal olsun))
- 21 апр 2014 10:51ºº I ℓσυε γσน ºº ответил Aylin Kərimovacox sagol twk
- 22 апр 2014 06:57Aylin Kərimova ответила ºº I ℓσυε γσน ººdeymez)) sair olub getdinde

- 22 апр 2014 08:07ºº I ℓσυε γσน ºº ответил Aylin Kərimovahee
- 23 апр 2014 15:50Aylin Kərimova

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
ºº I ℓσυε γσน ºº
PIÇILDAŞ MƏNİMLƏ ÇİÇƏK DİLİNDƏ
RƏMZİ M-Lee
Sən heç bilirsənmi mənim nəyimsən?
Köksümə sığınıb eşit, deyim:
"Sən...
Sən mənim ətirli ağ çiçəyimsən!"
Qoxlayım, oxşayım, solma əlimdə,
Pıçıldaş mənimlə çiçək dilində!
Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!
Çiçəklər gör, necə pıçıldaşırlar!
Əsirlər, coşurlar, qucaqlaşırlar,
Sevib, bir-birinə nəğmə qoşurlar!
Nə böyük sevda var çiçək çölündə!
Pıçıldaş mənimlə çiçək dilində!
Ruhlar aləmindən toxun əlimə,
Bir az da yaxın gəl, yaxın əlimə!
Mələklər, həsədlə baxin əlimə!
Ayıra bilməzmiş bizi ölüm də!
Pıçıldaş mənimlə çiçək dilində!
Bilməzdim, doğrudan Cülyetta varmış!
Mənimçün özünü oda yaxarmış!
Keçibdir o anlar, uzaqda qalmış!
Gülümsə önümdə, çiçək telində!
Pıçıldaş mənimlə çiçək dilində!
Pıçıldaş, pıçıldaş... çiçək dilində!