Сеуraqıf,dilindən cağırma məni,

Sən deyən havanı çalan deyiləm.
Zehinim yerində,pürkamllıyam
Özgədən nəsihət,alan deyiləm.
Aldanmıram,uşaqkimi möhvətə,
Baş əyirəm,dünya dolu şöhrətə.
Qane ollam,mənə olan hörmətə,
Tamahıma,nökər olan deyiləm.
Doğru sözün,açıq aşkar quluyam,
Yalanı sevmirəm,üzü suluyam.
Ac olsam da,mərdəm,sutək duruyam,
Adamlıqdan,kanar qalan deyiləm.
Açıq ürəyim var, dosta yolum var,
Mərdliyə bağlanan,incə telum var.
Borçalı tək,arxam ağır elim var,
Qürbətdə yurd salıb,qalan deyiləm.
Adıma layiqəm, Həmid adımdı,
Bilik təməlimdi,əzəl dadlmdı.
Xalqım amalımdı,söz imdadımd,
Şer sənətində,yalan deyiləm.

Комментарии