6 ноя 2015

Seyyid sözünün mənası “bəy, nüfuzlu şəxs, rəis, əfəndi” deməkdir.

Hazırda isə Hz.Peyğəmbərin qızı Fatimə ilə Rəsulullahın əmisi Əbu Talibin oğlu Əlinin ikinci övladı Hz.Hüseynin nəslindən gələnlərə verilən və ərəb dilindən gələn ümumi addır.
Bəziləri sadəcə sözlə seyyid olduğunu bildirib özlərinə xal qazanmağa çalışır.Dini bilməyən bir çox insanımız da Peyğəmbər nəslinə olan hörmətlərinə görə həmin insanlara inanırlar.Lakin hər kəs bilməlidir ki, Allah yanında üstünlük ancaq və ancaq təqva ilədir.Bununla bağlı Allah Quranda belə buyurur:"Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir).Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır"(Hucurat» surəsi, 13) Ayədən aydın olur ki, kimin hansı nəsildən gəlməsinin heç bir əhəmiyyəti yoxdur.Üstünlük ancaq Allahın buyruqlarını yerinə yetirməklə bağlıdır.Muhəmməd peyğəmbər də Vida xütbəsində:"Ey insanlar! Rəbbiniz birdir. Atanız birdir.Hər biriniz Adəmdənsiniz.Adəm də torpaqdandır. Allahın yanında ən üstün olanınız təqvaası ən çox olandır.Ərəblərin ərəb olmayanlara,ərəb olmayanların da ərəblərə heç bir üstünlüyü yoxdur"- buyurub. Bunlardan sonra kiminsə hansı nəsildən gəlməsinə görə üstün olduğunu bildirməsi sadəcə mənasız söz yığınıdır.Əgər Peyğəmbər nəslindən gəlmək üstünlükdürsə,yenə heç kim başqasından üstün deyil. Çünki hər kəs ilk peyğəmbər və ilk insan olan Həzrəti Adəmdən dünyaya gəlib.
Rəsulullah sədəqə, nəzir, zəkat, xüms kimi ianələri almaz, bunların ona və əhli-beytinə haram olduğunu bildirərdi.Lakin bu gün özlərini “seyyid” adlandırıb dilənənlər, nəzir yığanlar, cəddlərinin çox ağır olduğunu bildirənlər insanların bu məsələdəki bilgisizliklərindən kifayət qədər“bəhrələnirlər”.Peyğəmbər bu prinsipə çox diqqət edərdi.Hətta uşaq olmasına baxmayaraq böyük nəvəsi Həsənin də zəkat malı olan xurma yeməsinə icazə verməyib.
Əgər hər peyğəmbərin nəslinə və qohumlarına hörmət edilməli olsaydı, Allah İbrahim peyğəmbərin kafir olan atasına, Həzrəti Nuhun inkarçı oğluna və aləmələrə rəhmət olaraq göndərilən Hz.Muhəmmədin əmisinə dua etməsini yasaqlamazdı….
Rəbbim bizləri oxuyub faydalananlardan etsin..Amin..

Комментарии

Комментариев нет.