3 հնվ 2014

ƏLİ SƏFƏROĞLU UCAR RAYONU (ALLAH RƏHMƏT ETSİN)

Bir xanıma qonaq getdim,
Qapını döydüm, tıqq elədi.
Yavaş-yavaş gəlib açdı ,
Açar yeri çıqq elədi.
Dedim, ay qız,- dedi nə var?
Dedim, məni üzüb qübar.
Dedi, ayrı nə dərdin var?
Dedim--heçcə, pıqq elədi
Keçdim soluna, sağina,
Əl uzatdım gül bağina.
Əlim dəydi qabağına,
Fərə kimi qıqq elədi.
Qaldim onu quca-quca,
Yavanlıq nə gərək aca.
Ceyran körpə, aslan qoca,
Çəkdim, beli şıqq elədi.
Məclis qızdı bala-bala,
Səfəroğlu gəldi hala.
Fırranıban keçdim dala,
Bircə dəfə hıqq elədi.

Մեկնաբանություններ