• ehmed cavad - susmaram

Комментарии

  • 18 сен 2017 16:22
    Əhməd Cavad - SUSMARAM!
    "Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
    Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
    Damğa vurub, zəncirləyib tullamışlar zindana,
    Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.

    Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,
    Böhranların, hicranların, məhbəsində qalacam?
    Niyə susum, danışmayım, insanlıqda payım var,
    Mənim ana vətənimdir talan olan bu diyar.

    Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
    Oğuzların, elxanların vətənində kimdir, bax!
    Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
    Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

    Necə susum, danışmayım, mən eyləyim xəyanət?
    Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
    Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
    Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

    Mən Türk övladıyam,dərin ağlım,zəkam var,
    Ne vaxtacan çiynimizdəgəzəcəkdir yağılar?
    Nə qədər ki,hakimlik var,məhkumluq var,mən varam,
    Zülmə qarşı isyankaram,əzilsəm de susmaram.
  • 12 фев 2018 10:45

    Mat qalmışam bu millətə,

    Daşdı dözür hər zillətə.

    Mən nə deyim bu qeyrətə?!

  • 29 окт 2018 23:29
    Millətimiz  oyanmali  öz  soyuna  kökünə  nəzər  salib, sonra  dönüb  özünə  baxib  qalxmalidir  öz  haqqini  tələb  etməyə. Görün  kimlərin  qarşisinda  aciz  qalmişiq. Bir  ovuc  soysuzlar  Azərbaycanda  at  oynadirlar. Bəsdir  susduq, bəsdir  dözdük. Ay  millət  nə qədər  alçalmaq  olar? Gözümüz  önündə  günahsiz, məsum,  şərəfli,  qeyrətli, oğullarimizi, qardaşlarimizi  həbs  etdirib  işgəncələrə  məruz  qoyurlar   biz  hələ  susuruq.
  • 30 окт 2018 21:00
    Бу гейри мумкундур бизим миллатин башчылары бу гуне кими анджаг торпаг вериб алмайыб
  • 22 апр 2020 12:25
    Yaşamaq  ,   başına  papaq  qoymaq  haramdı  bizə  Ən  çoxda  ziyalılarımız  günahkardı... .