2 авг 2016

İcazə ver mövlam öpüm torpağını-daşını.

Nizələrə keçirtməyə gətirmişəm başımı
Qəbul eylə,gecə-gündüz axan,bu göz yaşımı.
Günahkaram,hüzuruna tövbə üçün gəlmişəm!
Bağışlanmaq ümidilə,növbə üçün,gəlmişəm.
Kərbaladan qayıtmayım üzü qara,əli boş...
Ölüm mənə fərz olarsa,ruhum rahət,özüm xoş...
Zəvvarların qəbrim üstən keçsin,olum sənə tuş!
Günahkaram,hüzuruna tövbə üçün gəlmişəm!
Bağışlanmaq ümidilə,növbə üçün gəlmişəm.
Zavvalı Cəbrayıl indi qapına dərmana gəlib.
Əfv olunmaq ümidilə o,Ali fərmana gəlib.
Teşnə qəlbim sönən deyil dəryayı-ümmana gəlib.
Günahkaram,hüzuruna tövbə üçün gəlmişəm.
Bağışlanmaq ümidilə növbə üçün gəlmişəm..

İcazə ver mövlam öpüm torpağını-daşını. - 837301445463

Комментарии