Səbəbsiz sevməkdir Eşq...

Səbəbi olmadan bağlanmaq birinə...
Gözlərinə baxanda əriməkdir, içdən-içə,
Əlini tutanda titrəməkdir bütün varlığınla.
Hətta qucaqlaya bilməməkdir utancdan,
Çünki utanmaqdır, sevmək əslində.
Sevmək nədir? Uğuruna ölməkmi?
Yoxsa yaşamaqmı onunla?
Yoxsa ayrılmaqdırmı lazım olanda?
Nədir insanı başqasına bağlayan?
Gözəlliyi? Gülüşü? Saflığı?
Sevmək nədir, ümumiyyətlə?
Gözlərinə baxanda bütün dünyanın dayanmasımı?
Yoxsa o incinəndə sənində bunu hiss etməyinmi?
O olmayanda nəfəs almamaqmıdır sevmək?
Bəlkə üzündəki hər cizgini əzbər bildiyin halda təkrar darıxmaqdır?
Sevmək nədir?
Xoşbəxt edənmi? Yoxsa içini dərindən yandıranmı?
Sevmək,kəpənəkdir əslində...
Kəpənək kimi atəşi görən kimi ona getməkdir,
Atəşə yaxınlaşdıqca kəpənək kimi yanmaqdır.
Birini sevmək, yanacağını bilə-bilə yanmaqdır əslində...
Kəpənək misali,bilərək atəşə uçmaq, bilərək yanmaqdır...🦋

💙💚
  • REFLEX - Там где живет любовь
  • O simdi cok uzaqlarda - Rafet El Roman

Комментарии

Комментариев нет.