İlandağ - Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dağ.
Hündürlüyü 2415 m. Vulkan mənşəlidir. Andezit-dasit süxurlarından təşkil olunmuşdur. Yamacları sıldırımlıdır. Kserofit kolluq və quru çöl landşaftı var. Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunmuş və onu yarıb keçərkən bərk yırğalanmış, bu zaman Nuh peyğəmbər demişdir: “İnan, dağdır”. Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər. Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşmüşdür. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər. İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Kırna və Şurud kəndləri tərəfdən gələn cığırların birləşdiyi yerdə tikinti qalıqları mövcuddur. Dağ yamacındakı daşların üst-üstə qoyulması ilə ucaldılmış bu müdafiə qurğusu daşların arasına bərkidici məhlul vurulmadığından dövrümüzə dağılmış vəziyyətdə çatmışdır. Tikilinin sağ tərəfində divarı xatırladan hündürlüyü 300 – 500 metr olan qayalar ucalmaqdadır. Burada salamat qalmış divarın iç tərəfində 10 – 12 m2 –lik yaşayış binalarının izləri (güman ki, müdafiəçilərin mənzil qərargahı olmuşdur) qalmışdır. Divar şimal və mərkəzdə bir qat, cənubda isə üç qatdır. Dağın zirvəsinə qalxana kimi yeddi yerdə siklop tikililərin (qalaçaların) divar – hasarına (hündürlüyü 10 – 15 m) rast gəlinmişdir. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi vardır. Ocaq yerində gilin içərisindən orta əsrlərə aid saxsı qab qalıqları aşkar edilmişdir. Tədqiqatçılar İlandağın qədim müşahidə məntəqəsi kimi istifadə edildiyi qənaətinə gəlmişlər. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqala məlumat verilirmiş. İlandağ yaşayış yeri Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə “Nəbi qalası” adlandırılır. Abidədə 1991 – ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m - ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir. İlandağda aşkar olunmuş e.ə. 820 – 810 – cu illərə aid qədim mixi yazı Urartu dövrünə aiddir. İlandağ mixi yazısının oxunması nəticəsində məlum olmuşdur ki, Urartu çarları İşpuini və onun oğlu Minua dövləti birlikdə idarə etdikləri dövrdə Naxçıvan ərazisinə yürüş etmişlər. Yazıda üç şəhərin (ölkənin) adı çəkilir və qələbə naminə Urartu tanrılarına qurban gətirilməsi haqqında məlumat verilir. Aşkar olunmuş bu abidə haqında ilk məlumat 1989 – cu ildə İtaliya jurnalında dərc olunmuşdur...
VAHID AZƏRBAYCAN NAMINƏ
İlandağ - Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dağ.
Hündürlüyü 2415 m. Vulkan mənşəlidir. Andezit-dasit süxurlarından təşkil olunmuşdur. Yamacları sıldırımlıdır. Kserofit kolluq və quru çöl landşaftı var. Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunmuş və onu yarıb keçərkən bərk yırğalanmış, bu zaman Nuh peyğəmbər demişdir: “İnan, dağdır”. Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər. Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşmüşdür. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər. İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Kırna və Şurud kəndləri tərəfdən gələn cığırların birləşdiyi yerdə tikinti qalıqları mövcuddur. Dağ yamacındakı daşların üst-üstə qoyulması ilə ucaldılmış bu müdafiə qurğusu daşların arasına bərkidici məhlul vurulmadığından dövrümüzə dağılmış vəziyyətdə çatmışdır. Tikilinin sağ tərəfində divarı xatırladan hündürlüyü 300 – 500 metr olan qayalar ucalmaqdadır. Burada salamat qalmış divarın iç tərəfində 10 – 12 m2 –lik yaşayış binalarının izləri (güman ki, müdafiəçilərin mənzil qərargahı olmuşdur) qalmışdır. Divar şimal və mərkəzdə bir qat, cənubda isə üç qatdır.
Dağın zirvəsinə qalxana kimi yeddi yerdə siklop tikililərin (qalaçaların) divar – hasarına (hündürlüyü 10 – 15 m) rast gəlinmişdir. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi vardır. Ocaq yerində gilin içərisindən orta əsrlərə aid saxsı qab qalıqları aşkar edilmişdir. Tədqiqatçılar İlandağın qədim müşahidə məntəqəsi kimi istifadə edildiyi qənaətinə gəlmişlər. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqala məlumat verilirmiş. İlandağ yaşayış yeri Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə “Nəbi qalası” adlandırılır. Abidədə 1991 – ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.
Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m - ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir. İlandağda aşkar olunmuş e.ə. 820 – 810 – cu illərə aid qədim mixi yazı Urartu dövrünə aiddir. İlandağ mixi yazısının oxunması nəticəsində məlum olmuşdur ki, Urartu çarları İşpuini və onun oğlu Minua dövləti birlikdə idarə etdikləri dövrdə Naxçıvan ərazisinə yürüş etmişlər. Yazıda üç şəhərin (ölkənin) adı çəkilir və qələbə naminə Urartu tanrılarına qurban gətirilməsi haqqında məlumat verilir. Aşkar olunmuş bu abidə haqında ilk məlumat 1989 – cu ildə İtaliya jurnalında dərc olunmuşdur...