AzadlıqRadiosu – ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün AzadlıqRadiosunun verilişlərini dinləyir. AzadlıqRadiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyadan, Münhen şəhərindən efirə çıxıb. 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə AzadlıqRadiosu Münhendən Praqaya köçüb. AzadlıqRadiosu Çex Respublikasının paytaxtı Praqadakı yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. AzadlıqRadiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual repo