17 мая 2015

HƏMİŞƏ YANINDA QALACAM...!

11 ci hissə
( povest )
…Qaynanasının zəngindən sonra Elmanı itirəcəyindən qorxan Gülnaz Könülü gözəmədən cəld addımlarla xəstəxanaya tərəf gedti. Səbiri o qədər daşmınışdı ki, qarşısını kəsmək istəyən adamı belə öldürməyə hazır idi. Xəstəxanaya girib növbətçi qadından Elmanın yerini soruşdu. Qadın Gülnazadan adını soruşub onun adını biləndən sonra burda Elman adlı adamın olmadığını dedi. Gülnaz bildi ki, növbətçi qadına hər şey tabşırılıb. Əsəbləşən Gülnaz növbətçi qadının üstünə qışqırdı;
- Az, həyasız, sənin vəzifəndə xəstənin burda olduğunu gizlətmək vaar? - əl atıb piştaxtanın o tərəfində olan qadının yaxasından tutaraq – de görüm buna görə nə qədər rüşvət almısan?
Qadın Gülnazdan belə cavab gözləmirdi. Elə bilirdiki Gülnaz Elman adlı xəstənin burda olmadığını eşidib çıxıb gedəcək. Bununçün də dedi;
- Gülnaz xanım, xaiş edirəm, bağışlayın. Mənə belə tabşırmışdılar.
- Kim tabşırıb, kim?... – Elə bu zaman xəstəxananın yuxarı mərtəbələrindən pilləkənlərlə aşağı enən qadının onu görərək cəld geri qayıtığını gördü. Növbətçi qadına üzünü tutub; – Dayann. Sənin baş həkiminlə danışaram – deyərək həmin geri dönən qadının dalınca pilləkənlətlə yuxarı mərtəbəyə çıxdı. Qadını gözdən itirməyərək addımlarını daha da yeyinlətdi. Qadın isə mərdəbələrin birinə girib Palataının birinin qapısını açıaraq içəri baxıb həyəcanla;
- Mənzər xala... Mənzər xala, Gülnaz bura gəldir.- dedi.
Palatadan qadına boylanıb baxan Mənzər təccüblü nəzərlərlə yerindəcə donub qaldı. Çünki o Gülnazın burdan çox uzqada olduğunu sanmışdı. Yatağında uzanan Elman “Mənzər xala, Gülnaz bura gəlir” sözünü eşidən kimi sevinc Elmanın ürəyinə cəriyan kimi keçdi. Sanki yerindən durub irəli, qapının ağzına sıçramaq istədi. Gülnaz isə o qadının durduğu palataya doğru irəliləyirdi. Mənzər arvad tez palatanın qapısı ağzın, dəhlizə çıxdı. Gülnazın gəldiyini görüb üzərtinə getdi. Bu anda Gülnaz Mənzərin üstünə qaışqaırdı;
- Çəkill!... Çəkil yolumdan – Mənzər isə Gülnazın qarşısını kəsmişdi. İstəmirdiki Elmanı görsün. Mənzər arvad Gülnazın yaxasından tutub geri itələmək istəyirdi. Gülnaz isə çox əsəbləşsə də Mənzər arvada əl qaldrmaq istəmirdi. Mənzər geri çevrilib – Taniya! – deyə arxasında duran o həmin qadını səslədi. Taniya isə Gülnaza tərəf gələrkən Gülnaz Mənzəri buraxıb Tanıyanın üstünə şığıyaraq onun sarı saçlarından tutub özünə sarı çəkdi;
- Azzz! Fahşəə...! Sən kimsən burda ərimin yanını kəsdirmisən?- Başı aşağı əyilmiş və saçları dağılan Taniya geri çəkilmək istəsə də Gülnazın əlindən qurtula bilmirdi. Bunların arasında qalan Mənzər isə köməyə adam səslədi. Yaxınlıqdakı palatadan isə Elmanın uca səsi gəlirdi – Buraxın onu, Mama, burax Gülnazı, özünüzü biyabr etməyin!... ayıb deyilmi?!- Nəhayət köməyə aşağı mərtəbədən tibb bacıları və həkimlər gəldi. Həkimlər Gülnazı xəstəxanadan çıxarmaq istəsə də Gülnaz həkimlərə palatadan səsi eşidilən xəstənin həyat yoldaşı olduğunu deyib həkimlərin əlindən dartınartındı. Gülnazın əlindən və çiynindən bərk-bərk tutan həkim nəhayətki çaşqın halda Gülnazı buraxdı. Həm əsəbləşən hən də bir qədər sevinən Gülnaz üzü palataya tərəf qaçdı. Mənzər isə arxadan Gülnaz deyinərək – Abırsız köpək qızı! Hələ bir üzü də var, gəlib bura e.- Üzünü həkimlərə tutaraq; - Oğlumun şikəst olmasına səbəbkar bu qadın oldu. Onu qoymayın o xəstənin (oğlu Elmanın)yanında olsun.- Gülnaz Mənzərin sözünü qulaqardına verib qarşısına çıxan Tanıynı çiyni ilə kənara itələyərək cəld palatatya girdi. Palataya girərkən gördüyü mənzərədən təccüblənərək qəhərləndi. Əlini ağzına tutaraq yatağından yerə yıxılaraq beli üstə yerə sərilən Elmana baxdı. Elman başını qaldırıb Gülnazı gördükdə; - Gülnazz!...- Gülnaz tez aşağı əyilib oturaraq Elmanın başını sinəsi üzərinə qoyaraq onun üzündən, gözündən və alnında öpməyə başladı. Sanki dünyanı əllərinə almış bir cütlüklər bunlar idi. Elmanın başını qolları arasına alan Gülnaz “canım Elman, məni bağışla. Nə günə düşmüsən canım?” deyə hıçkırtıyla ağlayırdı. Həqiqətən Elman elə arıqlamışdı ki, sümüklərini üzərində sananaq olaraı. Bayaqdan Mənzər arvadın Gülnazın haqqında dediklərini dinləyən həkimlər yenidən Gülnazı xəstəxanadan çıxarmaq istəyi ilə palataya girərkən gördükləri mənzərədən kövrəldilər. Həkimlərin arasında bir xanım həkim Elmanla Gülnazın bir-birinə sarıldığını görərkən üzünü Mənzərə tutaraq - Allah sizə insaf versin, mən o qadını burdan necə çıxartıra bilərəm? Mən günah qazanmaq istəmirəm, Eşitiiz?- deyib gözlərinin yaşını silib uzaqlaşdı. Bütün həkimlər palataya daxil olub Gülnazla Elmanın söhbətinə və bir birinin nəvazişinə heyran qalmışdılar. ” Elmanın onu tanıyan Həkimlərə və xəstələrə haqqında danışdığı qadın demək bu imiş” deyə düşünən ətirafdakılar Gülnazın bu cəsarətinə haqq qazandırırdılar. Həkimlərin köməkliyi ilə Elmanı yatağında uzatdılar. Elman Gülnazın əllərindən bərk- bərk tutaraq dedi;
- Heç yana getmə. Nə olar?
Elmanın yatdığı çarpayının üstündə oturan Gülnaz Elmanın alnından öpərək;
- Heç yana getmərəm, canım. Ta səninləyəm. Yadındadır?o vaxt mənimlə görüşəndə mənə necə deyirdin?
Elman bir az düşünərək nə isə yadına düşmüş kimi dedi;
- Həə, Yadımdadır. “Həmişə yanında qalacam” deyərdim – Gülnaz gülümsəyərək;
- Bax elə mən də sənin yanında qalacam. Həmişə yanında qalacam...Həmişə....
Həmin hadisədən 1 ay keçmişdi. Xəstəxanada olan hadisələrə nəzərən Mənzər çox çalışdı ki Gülnazı Elmandan ayırsın. Səbəb təkçə Gülnazın günahlandırması deyildi. Xəstəxanadakı o qadını, Tanyanın oğlu Elmanla ailə qurmaq istəyi idi. Tanya kim idi? O vaxt subay vaxtı Elman Rusiyada olanda anası oğlunun yanına çox gəlib gedirdi. Orda bir varlı 45 yaşlı rus qadınıyla tanış olan Mənzər həmin qadınla rəfiqəlik edirdi. Tanyanı da o rəfiqəsinin yanına gəlib-gedəndə görmüşdü. Tanyanın o qadının qızı olduğunu bilən Mənzər Tanya o vaxtan xoşuna gəlmişdi deyə o qızı oğlu Elmana almaq istəyirdi. Elmanın kölnü isə elə o vaxtan kəndin ən gözəl qızlarından biri olan Gülnaza idi. Həmdə Gülnazın qaraqabaq, cəsarətli və tərbiyəli qız olması o vaxtan Elmanın xoşuna gəlmişdi. Çünki Elman özü də o xisusiyyətə malik idi. Taniyanın anası Tatar, Atası isə erməni millətindən idi. Amma Atası Elanın olduğu şəhərin tanınmış biznesmənlərindən olduğu üçün imkanlı adam idi. Qanında Azərbaycanlı qanı axan Elmanın da Ermənilərə nifrəti böyük idi deyə Elmanın Tanya ilə evlənmək istəməyən anasının sözüylə razılaşmırdı. Beləcə Elman da o vaxt Anasını buna görə Rusiyadan öz vətəninə rayona yola salaraq Bir daha yanına gəlməməyi tövsüyyə etmişdi. Hətta o vaxt Elmanın Atasının Rusiyada öldürülməsinin də Taniyanın atasının əli olduğu deyilirdi. (o vaxt Elmanın atası Qəzənfərin o şəhərdə adı-sanı, hörməti varmş. Həm vətənlərinə maddi və mənəvi köməyi çox imiş. Bu şəhərdə ticarətlə məşğul olmaq istəyən Azərbaycanlılar olnan borca pul alırmışlar. Yaxşıca pul qazqnırmış. Bununçün onu gözügötürməyənlər də vardı. Nəhayət Qəzənfərin Rusiyada ölüm xəbəri rayona gəlib çatanda ailəsiylə birgə hamı sarsılmışdı. Amma o vaxt Rusiya polisləri və Rusiyanın həmin şəhərinə ezam olunmuş Azərbaycanın əməliyyat istintaq qurupu cinayəti araşdıra bilməmişdi. 5 il davam edən istintaq nəticəsiz qalaraq cinayəət işi bağlanmışdi). Yenə də buna baxmayaraq köhnə fikirlər, istəklər Mənzərin ürəyində qalmışdı. Elmanın Gülnazdan uzaq qalması və Elmanın yatağa düşməsi Mənzərdə Tanyanı Azərbaycana çağırmaq və Elmanla Tanyanı birgə evləndirmək fikri baş qaldırmışdı. Beləliklə Mənzər oğlunun “xoşbəxtliy”i üçün fikrini reallaşdırmışdı. Amma Elman buna etiraz edirmiş. O da ayağa dura bilmirmiş deyə heç nə edə bilmirmiş. Düşdüyü vəzyiiəti onu müalicə edən həkjimlərə danışsa da həkimlər Elmana inanmırmış. Çünki Mənzər həkimləri öz xeyrinə çoxdan inandırmışımış. Hətta Gülnazdan Elmana zəng gələcəyini ehtiyat edən Mənzərlə Tanya onun telfonunu gah özlərində saxlayır gah da Elman yatanda onun yatağının altında gizlədirlər. Belə hallarda Gülnazdan telfonuna gələən zənglərə Elman cavab verə bilmişdi. Tanya Azərbaycan dilini yaxşı bildiyindən Gülnazın zənglərində Telfona özü də cavab verirmiş. Gülnaz baldızlarının səsini yaxşı tanıdığından əmin imiş ki Elmanın yanındaolan qadını baldızı deyil. Bununçün bu qadının kimliyi Gülnaza sirr olaraq qalmışdı. Elman isə anasının bu hərəkətlərini gördükcə ürəyində ona sanki nifrəti də artırmş. Həmişə Gülnazı xatırlayan Elman onsuz çox üzülürmüş, onu səsləyirmiş. Bilirmiş ki, nə vaxtsa bir gün Gülnaz bu xəbəri eşidəcək, o gələcək. Elmanın qardaşı isə Telman Elmanın qəzaya düşdüyünü eşidsə də anası Mənzər xala hər şeyin yaxşı olduğunu və Elmana heç nə olmadığını bildirmişdir. Telmanın telfon nömrəsini anasından və elmandan başqa bilən yox idi. Elmanın da telfonu az-az əlində olsa da ancaq Gülnazı düşünüb ona zəng etmək istəmiş. Mənzərin 2 qızı isə Ukraniyada yaşayır deyə (o ölkədən bir ailədə iki qardaşla ailə qurublar) onlara da xəbər verilsə də hələ gəlməmişdilər. Beləcə günlər ötürmüş. Sonda Gülnazın bu cəsarəti, həyat yoldaşına olan məhəbbəti Mənzərin arzularını alt-üst etdi.
Gülnazı günahlandıran Mənzər onu məhkəməyə verdi. Elə yuxarıda yazdığım bir çox həqiqətlər də məhkəmədə sübuta yetirildi. Sonradan Azərbaycanda xoşbəxt olmaq arzuauyla Bakıya gələn Tanyanın da çox yalanları üzə çıxdı. Bakıya gəməmişdən əvvəl Tanya telfonla danışanda Mənzərə hələ də uşaqlarının olmadığını və subay olduğunu demişdi. Güya hələdə Elmana olan məhəbbətini ürəyində qoruyaraq ailə qurmamışdı. Məhkəmədəki sorğuların qarşısında aciz qalan Tnyanın atasının təkidi ilə erməniylə ailəli olduğu və ondan 3 uşağı olduğunu aşkarlandı. Hətta sübutçün hakimlər telfonla Tanya ilə valdeyinlərini, həyat yoldaşını da danışdırdılar. Bütüb bu həqiqətləri bilən Mənzər oğlunu bədbəx edəcəyini və Gülnazın Elmanı bu bədbəxlikdən xilas edtiyini sanki indi başa düşmüşdü.
Mənzərin zəngindən sonra gizli olaraq evdə gizlədiyi müəyyən qədər pulu götürərək ailəsini tərk edib (Taniya məhkəmədə ifadə vermişdiki narkotikaya və içkiyə qurşanan əri onu çox incidib deyə ondan boşanmaq istəyirmiş) Bakıya gəlib. Amma bizim məhkəmə Tanyanın əməlini cinayət bilsə də ailəsini nəzərə alaraq azad edərək Rusiyaya öz ailəsinin yanın qayıtmağı qərar vermişdi. Yenə Tanya Elmanın ailəsindən uzaq olmaq şərtiylə Bakıda qalmaq istəsə də qanun buna yol verməmişdi, Taniya Ailəsinin yanına getmişdi.
Həmin məhkəmədə günahkarlar olsa da hec kəsə cəza verilmədi. Əlbətdə ki Elmanın anası Mənzərin də günahı çox idi. Lakin Elman heç vaxt anasından şikayətçi ola bilməzdi. Gülnaz da bunu etmədi. Buna baxmayaraq Elman anasından incimişdi Gülnazın da atası qızının öz başına Elman yatdığı xəstəxanaya getməsinə görə. Mənzər də məhkəmədən sonra bundan sonra öğlunun üzünə baxa bilməyəcəyini anlayıb Elmana demədən Ukraniyaya qızlarının yanına getmişdi...
Kərim isə türmədə bütün hadisələri öyrənərək Elmanın başına gələnlərə çox pis oimuşdu. Amma canı qədər çox istədiyi bacısı Gülnazın cəsarətli addımına çox sevinirdi. Tək-tək qadın ola bilərdi ki, öz səhvlərini dərk etsin öz ailəsinə qovuşmaq üçün sevgisi uğurunda mübarizə aparsın. Elman yanına gələn atasına belə demişdir;- Təsəvvür et ki, qızın Gülnaz ayrıldığı adamla yenidən ailə qurub. Get xeyir-duanı ver...
Üç gün əvvəl Elmanın bıçaq yarasından həkimlərin səyi nəticəsində sağalan İsmayıl özü Kərimin yanına, türməyə gəlmişdi. (o İsmayıl ki, Kərim bacısı Gülnazı onun maşınında görmüş, Elmanın ona görə qəza keçirməsi üstündə İsmayılı bıçaqlayıb türməyə düşmüşdü.) İsmayıl Kərimdən onu bağışlamasını istəmişdi. Əslində həmin gün Gülnazın günahı olmadığını və onun maşınyla anasını toya gətirməsini istəmişdi. İsmayıl həmin gündə olan hadisələri Kərimə geniş danışmışdı. Və Kərimin türməaən çıxmasına kömək edəcəyini bildirmişd. Kərim hələ də onu bağışlamaq istəmirdi...
Günəşin pəncərədən içəri düşən şüalarından oyanan Elman əlləriylə yanında mışıl-mışıl yatan Gülnazın ağ-appaq üzünə sığal çəkdi. Sonra qap-qara saçlarını sığalladı. Elmanın əllərini üzərində hiss edən Gülnaz oyandı. Gülərək Elmana zarafatla;
- Həə? Işə getməmisəən? Ta hara gedəcəksən e, yanımdasan. Buraxan da deyiləm – deyib gülərək Elmanı qucaqladı. Elman da zarafata zarafatla cavab verdi;
- Elə bunu istəmirdinmi?
- Yanımda qalmağınımı?
- Hə. Ta yanında qalacam.
- Caan. Həmişə bunu istəmişəm. Həmişə soyyan evimin istisində qızınmaq istəmişəm. Mənə o hərarəti verən sənsən, Elman. İnan, Elə xoşbəxtəm ki. – Elman xoş təbəssümlə Gülnazın alnından öpərək;
- Heç bu düşüncələrivi hiss etməmişdim. Ta səni incitməyəcəm.
- Bilirəm. Amma mən də səni incidirdim.
- Qısqanırdın daa. Elə qısqanalar həmişə sevdiklərini incidir. Əgər buna “incitmək” demək olarsa.
Elmanı dinləyən Gülnaz bir qədər susub dedi;
- Ehh... atam da məni başa düşsəydi. Üç aydan çoxdur səsini eşidə bilmirəm onun.
Elman;
- Üzülmə, o da indi yaqinki pis olub. Bağışlayar səni.- Elman sözünə zarafatla davam etdi;
- Qorxuram atan gəlsə səni yenə əlimdən alacaq e,- Gülnaz əlini Elmanın çiynini vuraraq gülümsəyib cavab verdi;
- Yoox, ta bizi kimsə ayıra bilməz...
Elə bu zaman Galnaz qapının zənginin səsini eşitdi. Tez geyinərək Elmana dedi;
- Kimi isə çağırmamısan telfonla?
Elman təccüblə - Yoox, heç kimi çağırmışam –
Kiminsə gəldiyini dəqiq bilməyən Gülnaz Əynini tez geyinib yataq otağından çıxdı. Yenidən qapının zəngini eşidib – gəldim...gəldim – deyərək kilidi açaraq qapını açdı. Qarşısındakı adamı gördükdə gözlərinə inanmırmış kimi təccüblə yerindəcə durub baxdı. Sanki indi ayılıbış kimi ona yaxınlaşdı...
Ardı var...
Rəşad Məhəmmədoğlu

Комментарии

Комментариев нет.