Mənim əzizlərim, Azərbaycan dilində narahatçılıq, avaraçılıq, bedbextçilik kimi benzer ifadeler yoxdu.

Yeni çı-çi-çu-çü şəkilçiləri peşə, ixtisas anlamlı sözləri yaratmaq üçündür. Avara sözü özü-özlüyündə artıq dırnaq arası məşğuliyyəttdir. Bu, piyadaçı, oğruçu ifadəsinin absurduna bənzəyir.
Mənim əzizlərim, Azərbaycan dilində "İLK ÖNCƏ" ifadəsi yoxdur. Bu tavtologiyadır.
Mənim əzizlərim, Azərbaycan dilində "SİZLƏR" şəxs əvəzliyi yoxdur. Varsa, günü sabahdan camaatlar deməyə başlayın.
Mənim əzizlərim, "xeyir" sözü ilə "xeyr" sözünün anlamları tam fərqlidir. Biri şər sözünün antonimi, digəri isə bəli sözünün antonimidir.
Mənim əzizlərim, da-də həm iştirak bağlayıcısı kimi, həm də yerlik hal şəkilçisi kimi istifadə olunur. İştirak bağlayıcısı kimi istifadə olunanda sözdən ayrı, yerlik hal yaradanda bitişik formada yazılır.
Mənim əzizlərim, makiyaj sözü " İ "hərfinin iştirakı ilə yazılır. Anadolu türklərinin nə cür ifadə etmısinə yox, bu sözünün etimiologiyasına sahib fransız dilinə diqqət edin. Bu söz fransız sözüdür və MAKİYAJ formasında ifadə olunur.
......nöqtələrə yol verirəm. Çünki bu cür o qədər səhv sözlərə rast gəlirəm ki. Bu cür danışan və səhv yazan jurnalistlərimiz, bloggerlərimiz və elə adi vətəndaşlarımız var ki. Məncə, hər kəsin məktəbdə bilməli olduğu vacib fənn elə öz ana dilidir.
P.S. çatışMAmazlıq sözü indi yadıma düşdü. Çatışmazlıq daha doğrudur. Vallah!

Комментарии

Комментариев нет.