- Xatirələr aldı məni qucağına, Həsrət qaldım yaman ata ocağına. Atıldım da qovuldum da mən o yurddan, Heç çıxarmı ata yurdum söylə yaddan? Keçirəm o qapıdan indi mən xəlvət, Atamın da o ruhu narahat əlbət. Ruhu da səsləyir məni o yerə Artıq o günlərim gəlməz ki, ələ. Hayım hara çatar ki, atasız qızam, Məni də gəl apar ata, razıyam. Atam köçüb getdi günüm qaraldı, Atasızlıq məni yamanca yordu. Əvvəl ata ətrini yurddan alardım, Onun bağ-bağçasını seyrə dalardım. İndi göz yaşlarım tutub o yeri, Cəsarət etməyib çəkilirəm geri. Gecələr gündüzlər qəlbim sızlayır, Fidan da dözməyib elə hey ağlayır. Deyir ata yurduma bir baş çəkəydim, Onun ruhu olan yerdə öləydim.
- Sənsiz bu dünyanı neyləyəcəm mən, Məni tək qoyub gedirsən ATA. Necə razı oldun axı buna sən, Mənim dərdim var dinlə ay Ata… Yalnızam inan yoxdur heç kimim, Bir sən idin, səndə qoyub getdin. Mənim dözmür axı buna ürəyim, Geri qayıt Ata, tez qayıt geri… Bakının hər yerində görünür izin, Sənlə keçirdiyim sənli günlərim. Kaş sənlə yaşayıb, sənlə öləydim, Sənsizlik acısı çəkməzdim Ata… Ruhun şad olsun ey əziz ATAM, Səni Unutmaz bu kiçik balan. Səni kim unutsa mən unutmaram, Səni çox sevirəm rahat yat ATAM…
- Canim ❤ATAM❤B U GUN SENIN AD GUNUNDU AD GUNUN MUBAREK😔😭 ATAM MENIM 3 Ildi sensizem, 3 ildi seni qucaqlib tebrik ede bilmirem ATAAA😭 Cox Darixiram sensiz qayit geeeel.... Hemishe Yanimdasan Hemishe Ureyimdesen ATA😔❤ YAHSHI KI MENIM ATAMSAN HER SHEYIM ATAM😭❤