Uca Allah Cənnəti vəsf

edərək
buyurur: “Müttəqilərə vəd edilmiş
Cənnətin vəsfi belədir; onun
ağacları
altından çaylar axar və onun
yeməkləri də, kölgəsi də daimidir.
Müttəqilərin aqibəti budur.
Kafirlərin
aqibəti isə Oddur” (ər-Rəd, 35).
Həmçinin buyurur: “Müttəqilərə
vəd
olunan Cənnətin vəsfi belədir;
orada
xarab olmayan sudan çaylar, dadı
dəyişməyən süddən çaylar,
içənlərə
ləzzət verən şərabdan çaylar və
süzülmüş baldan çaylar vardır.
Orada
onları hər cür meyvə və Rəbbi
tərəfindən bağışlanma gözləyir.
Məgər
onlar od içində əbədi qalan və
bağırsaqlarını parça-parça edən
qaynar su içirdiləcək kimsələr
kimi ola
bilərlərmi?” (Muhəmməd, 15).
Allah Elçisi salləllahu aleyhi və
səlləm demişdir: “Allah buyurur:
“Əməlisaleh qullarım üçün heç bir
gözün görmədiyi, heç bir qulağın
eşitmədiyi və heç bir insanın
ağlına
belə gəlmədiyi nemətlər
hazırladım.
İstəyirsinizsə, bu ayəni oxuyun:
“ Etdikləri əməllərin mükafatı kimi
onlar üçün gözlərinə sevinc
gətirəcək
nələr saxlandığını heç kəs
bilmir” (əs-
Səcdə, 17) .
Cənnətdə elə bir ağac vardır ki,
minikli onun kölgəsində yüz il yol
getsə də onu qət edə bilməz.
İstəyirsinizsə, bu ayəni oxuyun:
“ Uzanmış kölgəliklərdə” (əl-
Vaqiə, 30) .
Cənnətdə bir qamçı qədər yer,
dünya
və onda olanlardan daha
xeyirlidir.
İstəyirsinizsə, bu ayəni oxuyun: “
Kim
oddan uzaqlaşdırılıb, Cənnətə
daxil
edilərsə, o uğur qazanmış olar.
Dünya
həyatı isə aldadıcı ləzzətdən
başqa bir
şey deyildir” (Ali-İmran, 185)” .
(ət-
Tirmizi, 3292).
Cənnətin çayları
Peyğəmbər demişdir: “Həqiqətən,
Cənnətdə su, bal, süd və içkidən
olan iri
çaylar vardır. (Cənnət əhli Cənnətə
girdikdən) sonra əlavə çaylar da
qayna
yacaq”. (ət-Tirmizi, 2571).
Cənnətin ağacları və bitkiləri
Allah Elçisi buyurmuşdur:
“Cənnətdə
elə bir ağac yoxdur ki, gövdəsi
qızıldan
olmasın”. (ət-Tirmizi, 2525).
Həmçinin buyurmuşdur: “İsra
gecəsində İbrahimlə görüşdüm
və o belə
dedi: “Ey Muhəmməd, məndən
ümmətinə
salam söylə və onlara xəbər ver ki,
Cənnə
tin torpağı xoş, suyu şirindir.
Cənnətin
ərazisi dümdüzdür, “Subhənallah,
əlhəmdu
lilləh, lə iləhə illəllah, Allahu Əkbər”
kəlmələri isə onun bitkiləridir”.
(ət-
Tirmizi, 3462).
Cənnətin meyvələri
“Şübhəsiz ki, müttəqilər
kölgəliklərdə,
çeşmələr başında və istədikləri
meyvələr içində olacaqlar” (əl-
Mursəlat,
41-42).
Bəra ibn Azib Allahın bu
ayəsi “ (Cənnətin) meyvələri də
tam
onların ixtiyarına veriləcək” (əl-
İnsan,
14) haqqında demişdir:
“Həqiqətən,
Cənnət əhli ayaq üstə, oturaraq və
uzanaraq – istədikləri hər bir
vəziyyətdə Cənnət meyvələrini
yeyəcəklər”.
Cənnət əhlinin xidmətçiləri
Abdullah ibn Amr demişdir:
“Cənnət
əhlindən ən aşağı mərtəbəyə
sahib
olanın xidmətində durmaq üçün
min
xidmətçisi olacaq. Hər xidmətçi
həmkarının etmədiyi fərqli bir iş
görəcək. “Onları gördükdə
səpələnmiş
mirvari dənələri olduqlarını
sanarsan” (əl-İnsan, 19)”.
Cənnət əhlinin miniyi
Əbu Əyyub demişdir: “Bir bədəvi
Peyğəmbərin yanına gəlib dedi:
“Mən
atları sevirəm, Cənnətdə at
varmı?” O
buyurdu: “Cənnətə daxil olsan,
sənə
iki qanadlı, yaqutdan olan at
veriləcək. Onun üzərinə
oturacaqsan,
o da səni Cənnətdə istədiyin yerə
aparacaq”.
Cənnət əhlinin libasları
“Onlar Ədn cənnətlərinə daxil
olacaq,
orada altun bilərziklər və incilərlə
bəzənəcəklər. Libasları da
ipəkdən
olacaqdır” (Fatir, 33).
“ (Cənnət əhlinin) əyinlərində
taftadan və
atlazdan (nazik və qalın ipəkdən)
yaşıl
libaslar olacaq, onlara gümüşdən
bilərziklər taxılacaqdır. Rəbbi
onlara
çox pak bir şərab
içirdəcəkdir” (əl-
İnsan, 21).
Abdullah ibn Amr rəvayət edir ki,
bir
kişi Peyğəmbərin salləllahu aleyhi

səlləm yanına gəlib soruşdu: “Ey
Allahın Elçisi, bizə Cənnət əhlinin
libasları
haqqında xəbər ver, onlar hazır
yaradılacaq, yoxsa onu
tikəcəklər?” Bəziləri
güldü. Allah Elçisi salləllahu aleyhi

səlləm buyurdu: “Nəyə
gülürsünüz?
Bilməyən kimsənin biləndən
soruşmasına
gülürsünüz?” Sonra o, başını
aşağı saldı və
buyurdu: “Sual verən hanı?” Kişi
dedi:
“Mən buradayam, ey Allahın
Elçisi!” O
buyurdu: “Cənnətin barı açılacaq
və o libas
oradan çıxacaq”. O bunu üç dəfə
təkrarladı”.
Cənnət huriləri
“Onları iri qaragözlü hurilər
gözləyir –
sədəf içində saxlanılmış mirvariyə
bənzər hurilər” (əl-Vaqiə, 22-23).
Peyğəmbər demişdir: “Allah
yolunda
səhər və ya axşam döyüşə
getmək
dünya və onun içindəkilərindən
daha
xeyirlidir. Birinizin Cənnətdəki ox
boyda yeri və ya qamçısının
qoyduğu
yer dünya və onun
içindəkilərindən
daha xeyirlidir. Əgər Cənnət
qadınlarından biri yer sakinlərinə
görünsəydi, göylə yer arasında
olan
hər tərəfi işıqlandırar və onun
gözəl
iyi hər yanı bürüyərdi. Onun baş
örtüyü isə dünya və onun içindəki
lərindən daha xeyirlidir”. (əl-
Buxari,
2796).

Комментарии

Комментариев нет.