Sünni, Şiə, Sələfi(vahabi), ve sayre mehzebler, yoxsa Müsəlman? - 875882847116

Sünni, Şiə, Sələfi(vahabi), ve sayre mehzebler, yoxsa Müsəlman?

İslam ümmətinin parça-parça olması heç kimə sirr deyil. Onlarla təriqətə (sunnu, siyye, selefi, vahabi, ve sayre) bölünüblər, hər təriqət də özünün haqq olduğuna inanır. Ancaq müsəlmanların ana kitabı olan Quranda bölünmək bir mənalı qadağan olunub. Allah Quranın heç bir yerində bizi sünni, şiə, sələfi ve sayre mehzeb adı adlandırmır. Ve bu haqda öz ayetlerinde gösterir.
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. Enam 159
105 Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. Ali imran suresi..
36 Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”; Rad suresi.
53 Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir. MUMİNUN SURESİ.
32 O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir. Rum suresi...
Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! (Zuhruf 43:65,
Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız Ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız Onadır!” (Ra’d 13:36,
İlk insandan bəri Allah bütün iman edənləri müsəlman adlandırıb. Aşağıda buna aid ayələri verirəm:
Bəqərə 132. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib dedilər: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz”.
Ali İmran 52. İsa onların küfrünü hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?”-deyə soruşdu. Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri. Biz Allaha inandıq. Sən də müsəlman olduğumuza şahid ol”.
Ali İmran 64. De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin. Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq.”
Ali İmran 67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi.
Ali İmran 80. O sizə mələkləri və nəbiləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?
Ali İmran 102. Ey iman gətirənlər, Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün.
Maidə 111. Xatırla ki, o zaman həvarilərə: “Mənə və rəsuluma iman gətirin”-deyə əmr etmişdim. Onlar isə: “Bizim müsəlman olmağımıza şahid ol”-deyə cavab vermişdilər.
Ənam 162, 163. De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam“.
Əraf 125, 126. Belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz, bizə səbr əta et və bizi müsəlman olaraq öldür”.
Yunus 72. Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir.
Yunus 90. İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa ilah olmadığına iman gətirdim. Mən artıq müsəlmanlardanam“-dedi.
Hud 14. Əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa ilah yoxdur. Siz müsəlman olacaqsınızmı?
Yusuf 101. Ey Rəbbim, Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan, Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur.
Hicr 2. Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
Nəhl 89. O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik.
Nəhl 102. De: “Müqəddəs Ruh onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”.
Ənbiya 108. De: “Mənə, belə vəhy olunur ki, sizin ilahınız tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?”
Həcc 78. Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı-atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, rəsul sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. Allah sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir.
Nəml 42. Gəldikdə ona: “Taxtın bu cürdürmü?”-deyildi. O da: “Sanki odur”-deyə cavab verdi. “Bizə ondan daha öncə elm verilmiş və biz müsəlman olmuşuq”.
Nəml 91, 92. “Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq və Quran oxumaq əmr edilmişdir”. Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: “Mən yalnız xəbərdaredənəm”.
Qəsəs 53. Onlara oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən haqdır. Biz ondan əvvəl də müsəlman idik”-deyirlər.
Zümər 11, 12. De: “Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur. Mənə ilk müsəlman olmaq buyurulmuşdur”.
Cinn 14. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, sapanlar da. Təslim olanlar haqq yolu axtarıb tapanlardır.
Zuxruf 68, 69. Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz. O bəndələr ki, ayələrimizə iman gətirib müsəlman olmuşlar.
Fussilət 33. Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam”-deyən kəsdən daha gözəl danışan kim ola bilər?
Nə az, nə çox düz 30 ayədə Allah müsəlman olmağı əmr edir, müsəlmanın düz yolda olduğunu vurğulayır, həqiqi iman edənlərin özlərinə müsəlman dediyini qeyd edir, hətta bir vaxt gələcək ki, kafirlərin də müsəlman olmaq istəyəcəkləri bildirilir. Bu ayələrdən sonra kimsə desə: “Mən sünni-müsəlmanam”, “Mən şiə-müsəlmanam” onda Quranı inkar etmiş olar. Heç bir ayədə müsəlman sözünün yanına hansısa ləqəb qoyulmayıb. Belələri Allaha din öyrətməyə çalışır. Quran bunun da cavabını verib:
Hucurat 16. De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.
Biz kitabda hec bir seyi yaddan cixarmadiq ENAM 38.

Комментарии

Комментариев нет.