Комментарии
- 18 авг 2016 11:05Coşqun HacıyevTəşəkkür edirəm.Qrup gözəl qrupdur.Gözəl şerlərdə hər zaman paylaşılıb
- 18 авг 2016 11:18❦ ṦɆѴɆ₦ ỬȒɆӃŁɆȒ ∞ ʃıѤЂ₰ϢϞΣ ȻΣ₱ΔҴȺ ❦Çox sağolun ALLAH razı olsun.
- 18 авг 2016 11:19Rasim NezirovGözəl şeirdi.
- 18 авг 2016 11:36☞┄┅͓͓͓͓͓͓͓͓͓͓͓͓̽̽̽̽̽̽̽̽̽̽̽̽͜͜͜͜͜͜͡͡͡͡✵͓͓͓͓͓͓̽̽̽̽̽̽͜͜͡͡͡ᴋ͓͓͓̽̽̽͜͡ʀ͓͓͓̽̽̽͜͡ᴀ͓͓͓̽̽̽͜͡ន͓͓͓̽̽̽͜͡ᴀ͓͓͓̽̽̽͜͡ᴠ͓͓͓̽̽̽͜͡ᴄ͓͓͓̽̽̽͜͡ʜ͓͓͓̽̽̽͜͡ɪ͓͓͓̽̽̽͜͡ᴋ͓͓͓͓͓͓̽̽̽̽̽̽͜͜͜͡͡✵͓͓͓͓͓͓͓͓͓͓͓̽̽̽̽̽̽̽̽̽̽͜͜͜͜͜͜͡͡͡͡┅┄☜+Klåss+
- 18 авг 2016 16:03Nazli xanim:'-(
- 18 авг 2016 16:08Coşqun Hacıyev ответил ❦ ṦɆѴɆ₦ ỬȒɆӃŁɆȒ ∞ ʃıѤЂ₰ϢϞΣ ȻΣ₱ΔҴȺ ❦Məni qurupa qəbul etdiyimiz çün siz Sağ olun
- 19 сен 2016 13:04Nazli xanim
- 19 сен 2016 18:34Coşqun Hacıyev ответил Nazli xanimNədən üzünüz qızardı
- 24 сен 2016 22:11Nazli xanim
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
❦ ṦɆѴɆ₦ ỬȒɆӃŁɆȒ ∞ ʃıѤЂ₰ϢϞΣ ȻΣ₱ΔҴȺ ❦
Yaman darıxmışam
Həyatım sönübdür getdiyin gündən
Daha yaşamıram sanki ölüyəm
Bil, daha sənsiz dözə bilmirəm
Yaman darıxmışam səninçün gülüm
Sönüb üzümdəki təbəssüm artıq
Daha əvvəlki tək gülə bilmirəm
Yerdəyəm,ya göydə bilə bilmirəm
Yaman darıxmışam səninçün gülüm
Qəlbimdə dərindir yarası eşqin
Kölgəsi görünür gözümdə qəmin
Nəmli di gözlərim,yaşdı gözlərim
Yaman darıxmışam səninçün gülüm
Saçıma dən düşüb,qəddim bükülüb
Nə yaman ağırmış yükü bu eşqin
Bir ömür daşımaq,qismətim yəqin
Yaman darıxmışam səninçün gülüm
Qəlbimin müqəddəs bir yerindəsən
Bil ki mənə,məndən daha əzizsən
Yoxluğun ağırdır,həsrətin çətin
Yaman darıxmışam səninçün gülüm
Yoxdur bir təbib ki dada yetişsin
Axı tək səndin mənim təbibim
Bir tək özlədiyim, mənim həbibim
Yaman darıxmışam səninçün gülüm
Hər yerdə izini mən axtarıram
Keçdiyin yollarda hey dolaşıram
Tapdığım hər izdə varsan sanıram
Yaman darıxmışam səninçün gülüm
Ürəyim səninçün çırpınır yaman
İnanki köksümə sığmayır sənsiz
Bilki kimsəsizəm, tamam kimsəsiz
Yaman darıxmışam,səninçün gülüm
Yaman darıxmışam səninçün gülüm. ..
C.Hacıyev