..

Yenə də qəlbimi üzür intizar... Qaçıb xəyallarım, küsüb arzularım.
Yənə də qışdı. Hardadı bahar? Gəl, ey mənim bahar nəfəslim. Cənnət
ətirlim....
Sən olmasan qəlbimi üzər intizar. Gözlərimdən qəlbimə
göz yaşlarım cığır salar. Naxışlanar yanaqlarıma. Nisgilimi əridərəm mən
damla-damla. Bitməz ki, bu həsrət. Bitməz bu möhnət. Ta ki, sən
gələnədək. Gəlişinlə könlümü sevindirənədək... Mən varammı sənsiz?? Yoxam... Sənsiz dolmuş buludam. Bir himə bəndəm ki, sel tək cağlayam. Gözlərimin həsrətində yaşayan sən. Intizarınla qəlbimi ağladan sən....
Nolar, tez gəl, gözlərinin köləsi olum...
Dəniz gözlərimin sahilindəsən. Gəlməsən, bu dünyanı selə- suya bələyər dəniz gözlərim...
Sən hər zaman mənim ürəyimdəsən. Xəyalına bürünməkdən yoruldum, gəl, vüsalina bürünüm. Bu şadlıqdan ta göylərədək yüksəlim....
Yenə də qəlbimi üzür intizar. Hardasan, ey yar? Gəl, məni bu məngənədən
qurtar. Bilsən sənsiz necə qəmliyəm?! Hicrində sızlatdığın o ürək
mənəm. Gözlərimlə ağlatdığın o bulud mənəm. Axı sənsiz öz elimdə
qəribəm. Axı sənsiz mən heç nəyəm... Yenə də qəlbimi üzür
intizar. Yenə də edirəm mən ahu-zar. Bəlkə taleyimə belə yazılıb-
həsrət. Nisgil. Intizar... Nə istədi axı məndən bu intizar? Qəlbimi
sökməkmi, talan etməkmi? Sevinci ömrümə haram etməkmi? Gəəəl, qurtar sən
məni bu intizarın əlindən. Qorxuram, vüsalına yetməmiş öləm birdən.... Gəl, sevindir bu qəlbi, bu gözləri. Gəlişinin həsrətindəyəm. Gəlməsən, bu həsrətdən məhv olub gedən biriyəm... Yenə də qəlbimi üzür intizar.. Gəlirsənmi, ey gözəl gözlü yar???

Milan StudioHD
31 окт 2016
Ebru Gündeş Kayahan - Gel Vefasız

Комментарии

Комментариев нет.