Surələrlə tanışlıq:

-Quran neçə surədən ibarətdir?
-Quran 114 surədən ibarətdir. 114 surə isə ümumilikdə, 6.236 ayə, 77.277 kəlmə və 3.211.250 hərfdən ibarətdir.
-Surələrin neçəsi Məkkədə, neçəsi Mədinədə nazil olub?
- Quranın 86 surəsi Məkkədə, 28-i isə Mədinədə nazil olunub. Hicrətdən əvvəl nazil olan surələrə Məkki, hicrətdən sonra nazil olan surələrə isə Mədəni surələri deyilir.
-Quranın ən böyük və ən kicik surəsi hansılardır?
-Quranın ən böyük surəsi «Bəqərə» (286 ayə), ən kicik surəsi isə «Kövsər» surəsidir (3 ayə).
-Peyğəmbərə (s.ə.s) iki dəfə nazil olan surə hansıdır?
-Peyğəmbərə (s.ə.s) iki dəfə nazil olan surə «Fatihə» surəsidir («Fatihə» surəsi bir dəfə Məkkədə, bir dəfə Mədinədə nazil olub).
- Quranın ilk və son surəsi hansılardır?
- Quranın ilk surəsi «Fatihə» , son surəsi isə «Nas» surəsidir.
- Quranın hansı surəsi «Bismillahir-rəhmanir-rəhim» ayəsi ilə başlanır?
- Quranın 114 surəsindən biri («Tövbə» surəsi) istisna olmaqla, bütün surələri «Bismillahir-rəhmanir-rəhim» ayəsi ilə başlanır. Lakin «Nəml» surəsində «Bismillahir-rəhmanir-rəhim» ayəsindən iki yerdə istifadə olunduğundan onların sayı yenə də 114-ə çatır.
- Quranın neçə surəsi müqəttəə hərfləri ilə başlanır?
- Quranın 29 surəsi müqəttəə hərfləri ilə başlanır.
-«Quranın qəlbi» və «Quranın gəlini» surələrdir?
-«Quranın qəlbi» «Yasin» surəsi (36-cı surə), «Quranın gəlini» isə «Rəhman» surəsidir (55-ci surə).
-Quranın neçə surəsi «Qul» (De!) əmr feli ilə başlanır?
- Quranın 5 surəsi «Qul» (De!) əmr feli ilə başlanır:
1-«Cin» surəsi (72-ci surə)
2-«Kafirun» surəsi (109-cu surə)
3-«İxlas» surəsi (112-ci surə)
4-«Fələq» surəsi (113-cü surə)
5-«Nas» surəsi (114-cü surə).
- Vacib səcdə ayələri olan surələr hansılardır?
- Vacib səcdə ayələri olan surələr bunlardır:
1-«Səcdə» surəsi (32-ci surə)
2-«Fussliat» surəsi (41-ci surə)
3-«Nəcm» surəsi (53-cü surə)
4-«Ələq» surəsi (96-cı surə).
-Qiyamət mənasını verən surələr hansılardır?
-Qiyamət mənasını verən surələr bunlardır:
1-«Rəd» surəsi (13-cü surə)
2-«Casiyə» surəsi (45-ci surə)
3-«Vaqiə» surəsi (56-cı surə)
4-«Həşr» surəsi (59-cu surə)
5-«Təğabun» surəsi (64-cü surə)
6-«Qiyamət» surəsi (75-ci surə)
7-«Nəbə» surəsi (78-ci surə)
8-«Zəlzələ» surəsi (99-cu surə)
9-«Qariə» surəsi (101-ci surə).
-Üsuliddindən və Firuiddindən birinin adı verilən surələr hansılardır?
-Üsuliddindən birinin adı verilən surə «Tövhid», Firuiddindən birinin adı verilən surə isə «Həcc» surəsidir.
-Ayələrinin sayı məsum imamların sayı qədər olan surə hansıdır?
-Ayələrinin sayı məsum imamların sayı qədər olan surələr «Təlaq» və «Təhrim» surələridir. (Hər iki surənin ayələrinin sayı 12-dir).
-Həftənin günlərindən birinin adı verilən surə hansıdır?
- Həftənin günlərindən birinin adI verilən surə «Cümə» surəsidir (62-ci surə).
-Hansı surəyə alimin silahının adı verilmişdir?
-Alimin silahının adı verilmiş surə «Qələm» surəsidir (68-ci surə).
- «Mim» hərfi istifadə olunmayan surə hansıdır?
-«Mim» hərfi istifadə olunmayan surə «Kövsər» surəsidir (108-ci surə).
-«Fa» hərfi istifadə olunmayan surə hansıdır?
- «Fa» hərfi istifadə olunmayan surə «Fatihə» surəsidir (1-ci surə).
-Allahın sifətləri ilə başlanın surələr hansılardır?
-Allahın sifətləri ilə başlanan surələr bunlardır:
1-«Nur» surəsi (24-cü surə)
2-«Fatir» surəsi (35-ci surə)
3-«Rəhman» surəsi (55-ci surə)
4-«Əla» surəsi (96-cı surə).
- Quranın neçə surəsinə peyğəmbər adı verilib?
-Quranın 6 surəsinə peyğəmbər adı verilib.
1-Yunus (10-cu surə)
2-Hud (11-ci surə)
3-Yusif (12-ci surə)
4-İbrahim (14-cü surə)
5-Məhəmməd (47-ci surə)
6-Nuh (71-ci surə).
-Quranın neçə surəsinə heyvan adı verilib?
-Quranın 5 surəsinə heyvan adı verilib.
1-«Bəqərə» (dişi inək,2-ci surə)
2-«Nəhl» (bal arısı,16-cı surə)
3-«Nəml» (qarışqa,27-ci surə)
4-«Ənkəbut» (hörümçək,29-cu surə)
5-«Fil» (fil,105-ci surə).

Surələrlə tanışlıq: - 836089426273

Комментарии