Xasiyyətnamə.

Verilir ,Tərtər rayon R.Məmmədov adına Evoğlu kənd tam orta məktəbinin ali təhsilli coğrafiya müəllimi və təşkilatçı müavini Məhərrəmov Yaşar Rəcəb oğluna.
Məhərrəmov Yaşar Rəcəb oğlu 2000-ci ildən Evoğlu kənd tam orta məktəbində coğrafiya müəllimi vəzifəsində çalışır.Bununla yanaşı o,2001-2002-ci illərdə məktəbdə təşkilatçı müavin ,2002-2006-cı təlim tərbiyə işləri üzrə direktor müavini ,2006-2011-ci illərdə məktəbin direktoru ,2011-ci ildən hal –hazıra kimi təçkilatçı müavin vəzifəsində çalışır.
Məhərrəmov Yaşar Rəcəb oğlu ,mümunəvi təhsil işçisidir.Öz ixtisasını sevir.Öz ixtisasını dərindən bildiyi üçün bütün şagirdlərin və valideynlərin arasında dərin hörmətə malikdir. İndiyə qədər heç bir valideyn və şagirdlə münaqişəsi olmamışdır.
Məhərrəmov Yaşar Rəcəb oğlu 15 ildir ki,Evoğlu kənd tam orta məktəbində məktəb rəhbəridir.İşlədiyi dövr ərzində istər məktəbdə,istərsə də rayon təhsil şöbəsində öz işini dərindən bilən bir rəhbər işçi kimi tanınmışdır.Hal-hazırda bir çox məktəb rəhbərləri və müəllimlər öz işini onun tövsiyyələri əsasında qurur.
İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi nəzərdə tutulmamış,nümunəvi fəaliyyətinə və iş intizamına görə Yeni Azərbaycan Partiyasının,Tərtər Rayon İcra Hakimiyyətinin ,Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanları və adları ilə təltif edilmişdir.
Məhərrəmov Yaşar Rəcəb oğlu hal-hazırda Tərtər RTŞ-nin metodiki kabineti üzrə «Evoğlu «dayaq məntəqəsinin sədri,Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatı əsasında «öyrədənlərin öyrədəni»,Azərbaycan Respublikası Vergilər Nazirliyinin «Vergi dostları»şəbəkəsinin üzvüdür.
#N1

Комментарии

Комментариев нет.