2 мая 2023

Sən məni sevməyə bilərsən gülüm.

Mən səni əbədi sevəcəm inan.
Yaşamaq sənsizdə, olarsa zülüm .
Beləcə yaşayıb öləcəm inan.
Kimisə qoymaram tuta yerini
Eşq yolu bu yolda büksə belimi,
Çəkmərəm sənə doğru gələn əlimi.
Göz yaşım tək tənha, siləcəm inan.
Boşalıb doluram hər səhər axşam.
Dərdimə şərikdir yanan bircə şam.
Qayıda bilərsən itməyib inam.
Sənə ürəyimi verəcəm inan.
Fikirdə xəyalda dəyişmir neynim.
Gözlərin gözümlə görüşmür neynim .
Bəlkə bu yazıdır bir işdir neynim.
Gəlməsən belədə öləcəm inan.
Ruslan Abbas 02.05.2023

2023-05-02-123218027.mp4

Комментарии

  • 3 мая 2023 21:57
    Bana bakarken parlayan bir çift göz dışında hiç bir dünyalık mevzuya merağım yok