19 июн 2017

QOŞA GƏZƏK

Gəl, sevgilim, tut əlimdən,
Bu dünyanı qoşa gəzək.
Üzək sevgi dəryasında,
Toxunmayaq daşa gəzək.
.
Sən Məcnun ol, mən də leyli.
Olma bəxtindən gileyli.
Bu sevdaya salıb meyli,
Ömrü vuraq başa gəzək.
Duraq sahildə baş-başa.
Görənlər etsin tamaşa.
Ürəyimiz vursun qoşa,
İlhamımız coşa,gəzək.
Sənsən Esinin çarası,
Qoyma qan verə yarası.
Ay qəlbimin tən parası,
Mənim üçün yaşa, gəzək. Müəllif Esmira Tahirqızı.

gif
  • Муин - Skripka

Комментарии

  • 19 июн 2017 19:19
    ️️
  • 21 июн 2017 09:16
    Sənə nahaqq get demişəm!
    Dedin səni tərk edirəm,
    Mən hirslənib et demişəm!
    İndi o qədər peşmanam,
     Sənə nahaqq get demişəm.
     Sənsiz hər an gedib hədər,
     Canımdan əl çəkmir kədər,
     Dara düşsəmdə nə qədər,
    Sən dadıma yet demişəm.
    Xoş arzular gəl diliyim,
    Eşqdir mənim tək biliyim,
    Nə cür yazıb zəng eliyim??!
     Tutmur axı set demişəm.
     Həyat vardır sürmək üçün,
     Tellərini hörmək üçün,
    Birdə məni görmək üçün,
    Qoşub bax kaset demişəm.                  14.04.16
  • 9 июл 2017 15:51