16 мар 2020

Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.
Bu barədə aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:
“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Комментарии