15 фев 2021

Mirze Sakit

MƏRHABALAR ELÇİBƏYƏ !!
Odlar yurdu Türk elində çok atəşli – Mən odluyam,
Şölələnib alovlanan, məşəl kimi alovluyam,
Mən bir böyük Türk oğluyam !!
Apar məni o yerlərə arkadaşım, babam nerdə,
Qoy gömülüm topraklara fəxarətlə haman yerdə,
Çok bəklədim heç gəlmiyor İstanbuldan xoş xəbər də,
Bizdən başqa bizə dost yox – O dostlarçün soraqlıyam
Mən bir böyük Türk oğluyam !!
Dalğalandı Türk bayrağım, fərəhlənib yaxın durdum,
Yunis İmrə misrasından o bayrağa sipər qurdum,
Dədəm Qorqud oylaqları, Azərbaycan doğma yurdum,
Şarqılarım yadelliyə üsyan səsli… qopuzluyam
Mən bir böyük Türk oğluyam !!
Bir xanlıq var yaddan çıxan…Göyçə göllü İrəvanda,
Ağrı dağın ağrıları həm Bəzzdədir, həm də Vanda,
Elçibəyin dağ vüqarı Təbriz üstə Savalanda,
Babək kimi nərəsindən od püskürən qor oğluyam
Mən bir böyük Türk oğluyam !!
Çapalayan ruhlar küskün, cilovlanıb kəmənddədi,
Qarabağda qara-qara yağı düşmən – Xankənddədi,
Bir tərəfim Ağbabada, Dəmir qapı Dərbənddədi,
Kıbrıs, Kərkük, Anadolu, Altaylarda Hun soyluyam
Mən bir böyük Türk oğluyam !!
Nə dilərlər işğalçılar Marağadan, Ərdəbildən,
Məskən salıb birəm-birəm rum da, fars da yad qəbildən,
Diyarbəkir dağlarını təmizləyək zir-zibildən…
Qurşunluya qurşun səpən, silahlıya silahlıyam
Mən bir böyük Türk oğluyam !!
Mirze Sakit .
🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿
SON XƏBƏR

Mirze Sakit   - 902539042147

Комментарии

  • 15 фев 2021 22:37
    чох савадлы ве яхшы инсан иди .хаиф ки политик дейилдир .Аллах рехмет елесин.
  • 15 фев 2021 22:55
    Allah rəhmət eləsin Ruhu şad olsun...🥀🥀
  • 15 фев 2021 23:14
    ULU ÖNDƏRIMIZ Əbülfəz Bəy Elcibəy Allahin Rəhməti və Rəhimi dayim üzərinizə olsun Amin Ya Rəbbim Aləmin
  • 16 фев 2021 17:01
    АЛЛАХ САНА РАХМАТ ЕЛАСИН АЙ ГОЗАЛ ИНСАН.
  • 16 фев 2021 21:37
    Allah rəhmət eləsin sizi türk oğlu türk
  • 18 фев 2021 08:49
    ФотографияФотография
  • 18 фев 2021 21:55
    Allah rəhmət eləsin