24 сен 2021

🇦🇿 Ən gənc döyüşçümüz, Şəhid Əliyev Samir (Tiqana) Qədir oğlu.

O, 9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracalı kəndində anadan olub. 11 yaşında könüllü olaraq Cəbrayıl rayonunda Qarabağ müharibəsinə qoşulub. O əsgərlərə kömək edirmiş. 1992-ci ilin sentyabr ayında ilk döyüşə girəndə Tiqananın cəmi 15 yaşı var idi. Qısa zamanda cəsarət və hünəri ilə həm də, istiqanlılığı ilə döyüşcü yoldaşlarının qəlbini fəth etmişdi.
Ona Tiqana ləqəbəni məşhur qaradərili fransız futbolçu Jan Tiqanaya oxşadaraq vermişdilər.
15 avqust 1993-cü il Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı döyüşdə gənc Samir də iştirak edirdi. Ondan böyük olan döyüşcü yoldaşlarının təkidinə baxmayaraq, Samir ən irəlidə döyüşürdü. Ölümdən qorxmayan, yaşı kiçik amma qəlbi böyük olan Samirin bu son döyüşü olur. O, döyüş meydanında əsl qəhrəman kimi Şəhid olur.
Onun məzarının yerini 30 ildən sonra anası Aminə ana bu yaxınlarda Cəbrayıla gedərək nişan verib. O ailədə tək oğul idi.
Şəhidlər Ölməz! Vətən Bölünməz! 🇦🇿🇦🇿🇦🇿
Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin inşAllah... 🇦🇿🇦🇿🇦🇿
SON XƏBƏR

🇦🇿 Ən gənc döyüşçümüz, Şəhid Əliyev Samir (Tiqana) Qədir oğlu

Комментарии

Комментариев нет.