3 фев

Qazaxda 2 maşın toqquşdu: 4 nəfər xəsarət aldı

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Qazax şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.
Belə ki, VAZ markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 1997-ci il təvəllüdlü S.Qocayev, 1994-cü il təvəllüdlü G.Orucov, 2001-ci il təvəllüdlü H.Əliyev və 2000-ci il E.Kərimov xəsarət alıblar.
Zərərçəkənlər Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR

Комментарии

Комментариев нет.