27 сен 2017

=R.

Turançı=SSRİ adlı imperiyaya 16 il rəhbərlik etmiş Leonid İliç Brejnev
--------------- sən demə millətcə TÜRK (yəni qaquz) olmuşdur. Sual yaranır ki niyə məhz milləti sirr olaraq saxlanılıbdır Bu mövzunu diqqətlə oxusanız səbəbi məlum olacaqdır..Leonid İliç Brejnev haqqında bilmədiyimiz maraqlı faktlar
Brejnev türk idi, ürəyi nasosla işləyirdi.. – Kəşfiyyatçı danışır
79 yaşlı professor, keçmiş kəşfiyyatçı Baxış İsmayılovun həyatını öyrənəndə, yaşadıqlarını eşidəndə onun 1 əsri əhatə edən canlı ensiklopediya olduğuna şübhə yeri qalmır. Körpə ikən ailəsi ilə birlikdə Qazaxıstana sürgün olunması, “vətən xaini” damğası almaları, Nazarbayevlə yaxın dostluğu, Heydər Əliyevlə maraqlı görüşləri, SSRİ lideri Brejnevlə yaxınlığı və daha nələr, nələr...
79 yaşlı professorun zəngin, maraqlı ömür yolunu onun öz dilindən eşidək:
- O günlər çox məşəqqətli olub... Atam savadsız insan olmasına baxmayaraq, çox bacarıqlı idi. Öz zəhməti hesabına xeyli iş görmüşdü. 735 hektar sahəsi var idi. Təbii ki, o vaxt bunu ona bağışlamadılar. Ona “vətən xaini” damğası vurdular. Ancaq atam çox vətənpərvər, insansevər adam olub. Qazaxıstana sürgün günləri dəhşətli idi... Ora göndərilən onlarla azərbaycanlı ağır şəraitlərə dözməyib, yolda həlak olub. O vaxtdan sonra Qazaxıstanda 20 il yaşamışam. Uşaqlığım, gəncliyim, təhsilim orda keçib. Qazaxıstanda orta məktəbdə oxuyanda hazırkı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax, mən rus sektorunda oxumuşuq. Attestatı alandan sonra Azərbaycana qayıtmışam. Hələ Bakıya qayıtmamışdan əvvəl Rəşid Behbudov Qazaxıstanda konsert verəndə onunla görüşmüşəm. O zaman R.Behbudov mənə demişdi ki, qayıt Azərbaycana, ora yaxşıdır. Onda Leonid Brejnev birinci katib idi. Həmin dövrdə imkanım var idi ki, Moskvaya oxumağa gedim.
- Ailələrimiz arasında əlaqələr çox güclü idi. Brejnev özü də türk əsilli idi. Bildiyim qədər, o, qaqauz idi, amma hər yerdə ukraynalı kimi təqdim olunurdu. Çünki Sovet hökuməti dövründə TÜRKÜN adını çəkmək olmazdı. TÜRKÜN adını çəkəndə səni düşmən elan edirdilər. Onsuz da bizim “xain” damğamız var idi. Hərdən onun övladları Yuri və Qalina ilə görüşürdük. Münasibətlərimiz axıra kimi yaxşı olub. Seryoja hardasa iki il əvvəl dünyasını dəyişib. Onun dəfn mərasimində iştirak etmişəm.
L.Brejnevin bacısının əri Smernov bizim kənddəki “Zavod lubernıx kultur” zavodunun direktoru işləyirdi. Brejnevin ixtisasca tarix müəllimi olan bacısı bizim məktəbdə direktor olub. Brejnevin bacısı oğlu Seryoja mənimlə bir parta arxasında oturub. Anası anamla dostluq edirdi, çox yaxşı münasibətləri vardı. Hətta bir dəfə Brejnevin bacısı anamdan boranı toxumu istəmişdi. Brejnev çox insan adam idi. Onlar həmişə mənə deyirdi ki, sən Azərbaycana niyə gedirsən, Moskvaya get, biz də ora gələndə sənə vəzifə verərik. Mən Moskvaya gedəndə onlarla əlaqə saxladım. Onlar məni neçə dəfə dəvət etmişdilər, amma bir dəfə də olsun istifadə etməmişəm.
- Çox yaxşı, həssas insan idi. Müharibəni görmüşdü deyə, nə vaxt bu barədə danışsaq, gözləri dolardı. Çünki bu dəhşətə şahidlik etmişdi. Sizə bir fakt deyim. Bakıda Ənvər adlı bir nəfər var idi, özü də mənimlə yaxın dost idi. Heydər Əliyev burada birinci katib olanda Brejnev son illərində H.Əliyevə deyib ki, mənə Ənvər lazımdır. Ənvərin kim olması barədə heç kimin məlumatı yox idi. H.Əliyev axtarıb araşdırıb o adamı tapdı. Daha sonra onlar Brejnevlə görüşdülər, qucaqlaşdılar. Sonradan Brejnev özü danışdı ki, o vaxt almanlar gəmini bombardman edəndə gəmidəki heyətin hamısı suya tökülüb. Brejnev boğulduğu yerdə həmin Ənvər adlı şəxs onu xilas edib. Brejnev bunları özü danışıb. Məhz buna görə H.Əliyev o adamı mükafatlandırıb, ev verib. Kimsə Brejnevə zərrə qədər yaxşılıq etsə, o, həmin adamı göylərə qaldırırdı. İnsanlara dəyər verən biri idi.
Səməd Vurğunun “Azərbaycan” poeması Brejnevin çox xoşuna gəlirdi. Hətta bir dəfə belə bir hadisə baş verdi. Hamımız bir yerdə oturmuşduq, söhbət əsnasında bir-birimizə qoşulub “Azərbaycan” şeirini deməyə başladıq.- Onun haqqında deyilənlərin bir qismi reallığı əks etdirmir. Mən həmin ailəyə yaxın biri kimi deyə bilərəm ki, onun ürəyi yox idi. Qocalandan sonra ürəyinə nasos qoyulmuşdu. O nasosu da yaponlar hazırlamışdı. Batareyası tez zəifləyirdi. Buna görə də Brejnevə iki ədəd üzük vermişdilər. O, həmin üzüyü barmağına taxıb fırladanda o nasosa enerji gedirdi, batareya enerji yığırdı. Brejnev həmin üzükdən birini adətən evdə saxlayırdı, digərini isə iş yerində qoyurdu. Elə onun da bəlasına getdi. Təxminən 4 il Brejnev o ürəklə yaşadı. Qəsdən batareyasını söndürdülər. Brejnevin ölümünə Andropov bais olub. Dostum Tserequn Andropovun müavini olub. Təəssüf ki, onun da sonu çox faciəli oldu.Mən raykom katibi işləyəndə biz hər ay Mərkəzi Komitənin bülletenlərini alırdıq. Brejnevə təklif etmişdilər ki, çörəyin qiymətini qaldırılsın. Çörək çox ucuz olduğuna görə camaat bu nemətin qədrini bilmir, heyvana verir. O da fikirləşmədən dedi ki, nə qədər ki, sağam, çörəyin qiyməti belə olacaq.

=R.Turançı=SSRİ adlı imperiyaya 16 il rəhbərlik etmiş Leonid İliç Brejnev - 858780513123
=R.Turançı=SSRİ adlı imperiyaya 16 il rəhbərlik etmiş Leonid İliç Brejnev - 858780510307
Leonid Brejnev=Sov. İKP MK-nın Baş katibi=8 aprel 1966 — 10 noyabr 1982=Sov. İKP MK-nın Birinci katibi
14 oktyabr 1964 — 8 aprel 1966=Doğum tarixi:-19 dekabr 1906=Doğum yeri:-Kamenskoe, Yekaterinoslav quberniyası,
Vəfat tarixi:-10 noyabr 1982 (75 yaşında)
Vəfat yeri:-Moskva, SSRİ
Təltifləri- Lenin mükafatı Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı"Qələbə" ordeni "Oktyabr İnqilabı" ordeni "Qırmızı Bayraq" ordeni " "Qırmızı Ulduz" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı "Qafqazın müdafiəsi uğrunda" medalı Vətən Müharibəsi Ordeni
Leonid İliç Brejnev — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi.
Həyatı=(19 dekabr 1906 digər məlumatlara görə,19 dekabr 1907 —10 noyabr 1982 — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. 1960—1964 və 1977—1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri. Sovet İttifaqı Marşalı (1976) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (196660 illik yubileyinə görə, 1976, 1978, 1981). "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin mükafatının laureatı (1979). Onun adı ilə "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" kitabları çap edilmişdir.
Brejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri
"Dunay" əməliyyatı1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu. Orduların 36 saat ölkə ərazisində olması Çexoslovakiyada olan sosializmdən "kənaraçıxmaları" aradan qaldıra bildi və "həqiqi" sosializmə qayıdıldı.
60-cı illərdə beynəlxalq münasibətlər kökündən dəyişmişdi. Hər iki supergüc ABŞ və SSRİ öz hərbi balanslarında bərabərlik yaratdıqdan sonra, daha çox strateji silahların azaldılması və silahlanma yarışını səngitmək istəyirdilər. Buna əsasən bir neçə müqavilə də imzalanmışdır. Boşalmanın ən yüksək həddi 1973-cü ildə açılmış olan Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında müşavirə oldu. Müşavirənin nəticəsi kimi 1975-ci ildə Helsinki də yekun akt imzalandı. Bu akta əsasən Avropada sərhədlərin dəyişdirilməməsi, ölkələrin suverenliyi və ərazi bütövlükləri, ölkələrin bir-birinə hörmətlə yanaşması, gücdən və hədədən istifadə etməmək haqqında ümumi razılıq alındı. Boşalmanın nəticəsi kimi hətta SSRİ-yə Pepsi-kola ixracı başlandı və onun ərazisində yeni zavodun tikintisi layihələşdirildi.
İkinci Vyetnam, amma SSRİ üçün
"Boşalma" SSRİ-nin 1979-cu il 26 Avqustunda Əfqanıstana öz qoşunlarını daxil etməsi ilə qurtardı. Əfqanıstanda hakimiyyət çevrilişi oldu- Barbak Karmal hakimiyyətə gəldi. Əfqanıstanda olan vəziyyət ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə köməkçisi, dünya miqyaslı analitik Zbiqnev Bjezinski prezidentə belə deyir: "Bizdə tarixi şans yaranıb ki, Sovet İttifaqına öz Vyetnamını verək". Sonrakı müddətdə Əfqanıstan "Soyuq müharibə"-nin əsas mərkəzinə çevrilmişdir. Rəsmi məlumatlara görə Sovetlər İttifaqı 15 minə yaxın əsgər itirmişdir (qeyri-rəsmi 40 min). Əfqanıstan tərəfi isə 1 mln-a yaxın şəhid vermişdir (o zaman ölkə əhalisinin sayı 13 mln.)
Olimpiada-19801980-cı il 19 iyuldan – 3 avqustadək Moskvada XXII yay olimpiadası keçirildi. ABŞ və bir neçə başqa ölkələr SSRİ-nin Əfqanıstana hücumu ilə əlaqədar boykot elan etdilər. Buna baxmayaraq olimpiada baş tutdu.
=R.Turançı=SSRİ adlı imperiyaya 16 il rəhbərlik etmiş Leonid İliç Brejnev - 858780523107

Комментарии

Комментариев нет.