30 мар 2019

Sabiq prezident: "Gürcüstan xəritədən silinə bilər" - Şok

Gürcüstan yaxın bir-iki ildə dünya xəritəsində yoxa çıxa bilər. Reallıq göstərir ki, o, dünyanın 1 nömrəli islahatçı ölkəsi statusunu itirib.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu iddia ilə "Qruziya Online" portalında çıxış edib.

Onun sözlərinə görə, bütün rəqəmlər dediklərini təsdiqləyir: "Statistikaya baxanda aydın olur ki, mənim dövrümdə ölkə iqtisadiyyatı 4 dəfə inkişaf etmişdi, İvanaşvilinin zamanında isə (Gürcüstanın 2012-2013-cü illərdə Baş naziri-red.) sıfra endi".

Mixail Sakaşvili bildirib ki, ölkədən kütləvi köç var, 1 milyon insan xaricə mühacirət edib.

O, hazırkı hakimiyyəti dəyişməyə çağırıb.

Комментарии

Комментариев нет.