Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan – mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” – deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin bəbəklərində Qütb ulduzu, dan ulduzu gözəlləridir. İllər olub – kürrələrdə dəmir olmuşuq, Sərhədlərdə dayanmışıq küləkdən ayıq. Od gölündə, buz çölündə gəmi olmuşuq, Biz Bakının ilk səadət carçılarıyıq. Min illərlə zülmətlərə yollar açıqdı, Dalğalandı Sabirlərin ümman dünyası, Azərbaycan qatarı da yollara çıxdı Dağılanda Qoca Şərqin duman dünyası. Azərbaycan – mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər. Müəllif: Məmməd Araz Sən mənə anasan, anamdan əziz, Sənə məhəbbətim dənizdir, dəniz. Ömrümün bir anı keçməsin sənsiz, Ey mənim varlığım, qəlbim, vicdanım, Mən sənə qurbanam, Azərbaycanım! De, nemət varmıdır səndə olmayan? Sərvətdən, qüdrətdən yoğrulub mayan. Sönməz bir məşəlsən, Şərqə nur yayan, “Qara qızıl”ındır damarda qanım, Eşqinlə dolanır, Azərbaycanım! Vurulur bir dəfə hüsnünə baxan, Göy Göllə, Kəpəzlə bəzənib yaxan. Füzuli şerini oxuyanda Xan, Dünyaya yayılır sözüm, dastanım, Sən də ucalırsan, Azərbaycanım! Müəllif: Solmaz Şirin Vətən,sənsiz yaman gündür ağlaram Coşqun çaylar kimi coşub çağlaram Sinəmdəki bu ürəyi dağlaram Vətənin həsrəti yandırır məni. Bürüdü dağlarını düşmənlər,Laçın Səndən ayrı düşdü sevənlər,Laçın Unudarmı səni görənlər,Laçın Vətənin həsrəti yandırır məni. Yurdun gozəl yeri dağlı Kəlbəcər Ürəyi yanigli,dağlı Kəlbəcər Əlləri-qolları bağlı Kəlbəcər Vətənin həsrəti yandırır məni. Zəngilan,Cəbrayıl,Füzuli,Ağdam Sizsiz dağlanır ürəklər yaman Sizi azad edək tez gelsin zaman Vətənin həsrəti yandırır məni. Qubadlı,Ağdərə qalıb köməksiz Şuşa qalası yanıb köməksiz Qarabağ özünü sanıb köməksiz Vətənin həsrəti yandırır məni. Elşən,qəmli-qəmli ağlayır gözlər Sellər,dənizlər tək çağlayır gözlər Nə qədər ki,əllər bağlayır gözlər Vətənin həsrəti yandırır məni. Müəllif: Elşən Ağayev Mən səndən bir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim, Sən mənə bəxş etdin dilbər güşələr, Mən səndən adicə həyat istədim, Sən məni çıxartdın min-min səhərə. Mən səndən kiçik bir qanad istədim, Sən məni uçurdun ənginliklərə. Mən səndən bir dəstə çiçək istədim, Mənimçün dörd fəsil yaz elədin sən. Mən səndən ilhamlı ürək istədim, Sən mənə təb verdin minyon ürəkdən. Mən səndən kiçik bir sevinc istədim, Sən mənə bəzş etdin bütöv səadət. Mən səndən bir parça bürünc istədim, Sən mənə bəxş etdin xəzinə,dövlət. Mən səndən istədim açıq biralın, Sən mənə bəxç etdin əzəmət,vüqar. Məndə başı açıq ayağı yalın Yolunda can qoysam, yenə az olar. Bəlkə,buna görə əzəmətlisən- Nəyin var vermisən əsigəmədən! Sən bir ana kimi səzavətlisən, Anam Azərbaycan, Vətən, can Vətən Əliağa Kürçaylı Soyadım Səfərli,adımdır İlkin, Savaşda zorluyam,bilikdə zəngin. Atamdan alaraq həyat dərsini, Öyrəndim çəkməyə vətən qeyrətin. *** Sevirəm vətənin hər qarışını, Günəşli yayını,qarlı qışını. Yayın istisində təşnə söndürən, Qonaqlı-qaralı bulaq başını. *** Qəlbimə hakimdir vətən sevgisi, şahdağın vüqarı,Göy-göl incisi. Gülüstan çəməni,bağçası-bağı, Çöllərin bəzəyi,hər növ bitkisi. İlkin Səfərli Vətən nədir?-Anlayana ana deməkdir. Ana kimdir?- Bizə vətəni anladan. Vətən nədir?- Ümman yeri,ümid deməkdir. Ümid nədir?- Bizi sabahlara aparan. Vətən nədir?- Nurlu sabah deməkdir. Sabah nədir?-Bir addım da irəli. Vətən nədir?-Get, irəli demekdir. Qarabağa doğru,Qarabağa irəli. Vətən nədir?- Qarabağdır, Təbrizdir, Çünki onlar, vətənçün can deməkdir. Yenə soruşsanki bu vətən nədir? Bilki, Vətən- AZƏRBAYCAN deməkdir. Lamiyə
SON XƏBƏR
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.
İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Müəllif: Məmməd Araz
Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!
Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!
Müəllif: Solmaz Şirin
Vətən,sənsiz yaman gündür ağlaram
Coşqun çaylar kimi coşub çağlaram
Sinəmdəki bu ürəyi dağlaram
Vətənin həsrəti yandırır məni.
Bürüdü dağlarını düşmənlər,Laçın
Səndən ayrı düşdü sevənlər,Laçın
Unudarmı səni görənlər,Laçın
Vətənin həsrəti yandırır məni.
Yurdun gozəl yeri dağlı Kəlbəcər
Ürəyi yanigli,dağlı Kəlbəcər
Əlləri-qolları bağlı Kəlbəcər
Vətənin həsrəti yandırır məni.
Zəngilan,Cəbrayıl,Füzuli,Ağdam
Sizsiz dağlanır ürəklər yaman
Sizi azad edək tez gelsin zaman
Vətənin həsrəti yandırır məni.
Qubadlı,Ağdərə qalıb köməksiz
Şuşa qalası yanıb köməksiz
Qarabağ özünü sanıb köməksiz
Vətənin həsrəti yandırır məni.
Elşən,qəmli-qəmli ağlayır gözlər
Sellər,dənizlər tək çağlayır gözlər
Nə qədər ki,əllər bağlayır gözlər
Vətənin həsrəti yandırır məni.
Müəllif: Elşən Ağayev
Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər güşələr,
Mən səndən adicə həyat istədim,
Sən məni çıxartdın min-min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.
Mən səndən bir dəstə çiçək istədim,
Mənimçün dörd fəsil yaz elədin sən.
Mən səndən ilhamlı ürək istədim,
Sən mənə təb verdin minyon ürəkdən.
Mən səndən kiçik bir sevinc istədim,
Sən mənə bəzş etdin bütöv səadət.
Mən səndən bir parça bürünc istədim,
Sən mənə bəxş etdin xəzinə,dövlət.
Mən səndən istədim açıq biralın,
Sən mənə bəxç etdin əzəmət,vüqar.
Məndə başı açıq ayağı yalın
Yolunda can qoysam, yenə az olar.
Bəlkə,buna görə əzəmətlisən-
Nəyin var vermisən əsigəmədən!
Sən bir ana kimi səzavətlisən,
Anam Azərbaycan, Vətən, can Vətən
Əliağa Kürçaylı
Soyadım Səfərli,adımdır İlkin,
Savaşda zorluyam,bilikdə zəngin.
Atamdan alaraq həyat dərsini,
Öyrəndim çəkməyə vətən qeyrətin.
***
Sevirəm vətənin hər qarışını,
Günəşli yayını,qarlı qışını.
Yayın istisində təşnə söndürən,
Qonaqlı-qaralı bulaq başını.
***
Qəlbimə hakimdir vətən sevgisi,
şahdağın vüqarı,Göy-göl incisi.
Gülüstan çəməni,bağçası-bağı,
Çöllərin bəzəyi,hər növ bitkisi.
İlkin Səfərli
Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri,ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.
Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli demekdir.
Qarabağa doğru,Qarabağa irəli.
Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir.
Lamiyə