TƏLİMATI I. Ümumi müddəalar 1. Bu vəzifə təlimatı baş aşpazın vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 2. Baş aşpaz vəzifəsinə ali peşə təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı və ya orta peşə təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir. 3. Baş aşpaz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. 4. Baş aşpaz bilavasitə müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur. 5. Baş aşpaz aşağıdakıları bilməlidir: 5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; 5.2. yuxarı orqanların ümumi qidalanmanın təşkilinə dair qərarları, sərəncamları, əmrləri və digər rəhbər və normativ sənədlərini; 5.3. istehsalatın təşkili və texnologiyasını; 5.4. yeməklərin və kulinariya məmulatlarının çeşidlərini və keyfiyyətinə tələbləri; 5.5. rasional və diyetik qidalanmanın əsaslarını; 5.6. menyunun tərtib edilməsi qaydalarını; 5.7. məhsulların uçotu qaydalarını və verilməsinin normalarını; 5.8. xammal və yarımfabrikatların sərfi normalarını; 5.9. ərzaq məhsullarının, xammalın və yarımfabrikatların standartları və texniki şərtləri; 5.10. hazır məhsulların, xammalın və yarımfabrikatların saxlanılmasının qayda və müddətlərini; 5.11. texnoloji avadanlığın növləri, iş prinsipləri, texniki xarakteristikası və onun istismarı şərtlərini; 5.12. mövcud daxili rejim qaydalarını; 5.13. ümumi qidalanmanın iqtisadiyyatını; 5.14. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir. II. Vəzifə öhdəlikləri 6. Baş aşpaz öz sahəsi üzrə müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. 7. İstehsalat prosesinin təşkilinin təkmilləşdirilməsi, texnikanın effektiv istifadəsi, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədi ilə işçilərin peşəkar ustalığının artırılması üzrə işi aparır. 8. Lazım olan ərzaq malları, xammal və yarımfabrikatlar üçün sifarişləri tərtib edir, onların baza və anbarlardan vaxtında alınmasını təmin edir, çeşidlərə, onların sayına, daxil olma və realizə edilmə müddətlərinə nəzarət edir. 9. İstehlakçıların istəklərinin öyrənilməsi əsasında çeşidləri tərtib edir, onların və kulinariya məmulatlarının rəngarəngliyini təmin edir. 10. Qidanın hazırlanması texnologiyasına, xammal normalarına daimi nəzarəti həyata keçirir. 11. Aşpazların və digər işçilərin yerləşdirilməsini həyata keçirir, onların işə çıxmalarının cədvəlini tərtib edir. 12. İstehsalat fəaliyyəti, əməyin qabaqcıl yolları və metodlarının tətbiqi barədə uçotu, hesabatların tərtibini və vaxtında təqdim olunmasını təşkil edir. 13. Avadanlığın və başqa vasitələrin düzgün istismarına nəzarət edir. 14. Qidanın hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatlandırma aparır. 15. İşçilər tərəfindən əməyin mühafizəsinin qayda və normalarına, sanitar tələblərə və şəxsi gigiyena qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. 16. Fərqlənən işçilərin təltif və ya istehsalat və əmək intizamını pozanların tənbeh edilməsi haqqında təkliflər verir. 17. İşçilərin ixtisaslarının artırılması üzrə işə rəhbərlik edir. III. Hüquqlar 18. Baş aşpazın aşağıdakı hüquqları vardır: 18.1. ona tabe işçilər üçün icrası məcburi olan sərəncamlar vermək; 18.2. öz fəaliyyəti üzrə kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək; 18.3. öz fəaliyyəti üzrə müəssisənin işçilərinin həvəsləndirilməsi və tənbeh edilməsinə dair rəhbərliyə təkliflər vermək; 18.4. müəssisənin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək; 18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 18.6. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfrans və müşavirələrdə iştirak etmək; 18.7. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 19. Baş aşpaz Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. IV. Məsuliyyət 20. Baş aşpaz aşağıdakılara görə məsuliyyət daşıyır: 20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə; 20.3. material, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsinə; 20.4. daxili intizam qaydalarına, sanitariya və epidemiyaəleyhinə rejimə, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət edilməsinə; 20.5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına; 20.6. öz fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsinə; 20.7. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 20.8. fövqəladə hallarda işə hazırlığa görə məsuliyyət daşıyır. 21. Baş aşpaz əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Tehlukesizlik Texnikasi
:Rauf Eliyev
Baş aşpazın nümunəvi vəzifə
TƏLİMATI
I. Ümumi müddəalar
1. Bu vəzifə təlimatı baş aşpazın vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2. Baş aşpaz vəzifəsinə ali peşə təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı və
ya orta peşə təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
3. Baş aşpaz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4. Baş aşpaz bilavasitə müəssisənin rəhbərinə və ya onun müavininə tabe
olur.
5. Baş aşpaz aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. yuxarı orqanların ümumi qidalanmanın təşkilinə dair qərarları,
sərəncamları, əmrləri və digər rəhbər və normativ sənədlərini;
5.3. istehsalatın təşkili və texnologiyasını;
5.4. yeməklərin və kulinariya məmulatlarının çeşidlərini və keyfiyyətinə
tələbləri;
5.5. rasional və diyetik qidalanmanın əsaslarını;
5.6. menyunun tərtib edilməsi qaydalarını;
5.7. məhsulların uçotu qaydalarını və verilməsinin normalarını;
5.8. xammal və yarımfabrikatların sərfi normalarını;
5.9. ərzaq məhsullarının, xammalın və yarımfabrikatların standartları və
texniki şərtləri;
5.10. hazır məhsulların, xammalın və yarımfabrikatların saxlanılmasının qayda
və müddətlərini;
5.11. texnoloji avadanlığın növləri, iş prinsipləri, texniki xarakteristikası və
onun istismarı şərtlərini;
5.12. mövcud daxili rejim qaydalarını;
5.13. ümumi qidalanmanın iqtisadiyyatını;
5.14. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili
əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
II. Vəzifə öhdəlikləri
6. Baş aşpaz öz sahəsi üzrə müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinə
rəhbərliyi həyata keçirir.
7. İstehsalat prosesinin təşkilinin təkmilləşdirilməsi, texnikanın effektiv
istifadəsi, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədi ilə işçilərin
peşəkar ustalığının artırılması üzrə işi aparır.
8. Lazım olan ərzaq malları, xammal və yarımfabrikatlar üçün sifarişləri
tərtib edir, onların baza və anbarlardan vaxtında alınmasını təmin edir, çeşidlərə,
onların sayına, daxil olma və realizə edilmə müddətlərinə nəzarət edir.
9. İstehlakçıların istəklərinin öyrənilməsi əsasında çeşidləri tərtib edir,
onların və kulinariya məmulatlarının rəngarəngliyini təmin edir.
10. Qidanın hazırlanması texnologiyasına, xammal normalarına daimi
nəzarəti həyata keçirir.
11. Aşpazların və digər işçilərin yerləşdirilməsini həyata keçirir, onların işə
çıxmalarının cədvəlini tərtib edir.
12. İstehsalat fəaliyyəti, əməyin qabaqcıl yolları və metodlarının tətbiqi
barədə uçotu, hesabatların tərtibini və vaxtında təqdim olunmasını təşkil edir.
13. Avadanlığın və başqa vasitələrin düzgün istismarına nəzarət edir.
14. Qidanın hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə
təlimatlandırma aparır.
15. İşçilər tərəfindən əməyin mühafizəsinin qayda və normalarına, sanitar
tələblərə və şəxsi gigiyena qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək
intizamı qaydalarına riayət olunmasına nəzarət edir.
16. Fərqlənən işçilərin təltif və ya istehsalat və əmək intizamını pozanların
tənbeh edilməsi haqqında təkliflər verir.
17. İşçilərin ixtisaslarının artırılması üzrə işə rəhbərlik edir.
III. Hüquqlar
18. Baş aşpazın aşağıdakı hüquqları vardır:
18.1. ona tabe işçilər üçün icrası məcburi olan sərəncamlar vermək;
18.2. öz fəaliyyəti üzrə kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək;
18.3. öz fəaliyyəti üzrə müəssisənin işçilərinin həvəsləndirilməsi və tənbeh
edilməsinə dair rəhbərliyə təkliflər vermək;
18.4. müəssisənin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
18.6. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfrans və
müşavirələrdə iştirak etmək;
18.7. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
19. Baş aşpaz Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
20. Baş aşpaz aşağıdakılara görə məsuliyyət daşıyır:
20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi
aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
20.3. material, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə
edilməsinə;
20.4. daxili intizam qaydalarına, sanitariya və epidemiyaəleyhinə rejimə,
yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət edilməsinə;
20.5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
20.6. öz fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsinə;
20.7. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;
20.8. fövqəladə hallarda işə hazırlığa görə məsuliyyət daşıyır.
21. Baş aşpaz əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.