Sual: İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiq edilməsi hansı normativ aktla tənzimlənir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydaları ilə tənzimlənir. Sual: İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zərərçəkənə dəymiş zərərin əvəzini kim ödəyir və hansı qərar əsasında? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və yə bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi" Qaydalarının 1.1 bəndinə əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Sual: Hansı sənədlər olduqda işəgötürən əmək xəsarətinə dəyən zərəri ödəməlidir? Cavab: a) İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt (İZ formalı) və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnamə, qərar) b) işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə olduqda. Sual: İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta edilməsi hansı qanunla tənzimlənir və işçilər hansı sığorta şirkətlərində sığortalanmalıdırlar? Cavab: 2010-cu il 11 may tarixli N999-IIIQ nömrəli "İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sığorta şərkətləri - "Paşa Həyat" sığorta, "Qala Həyat" sığorta, "Atəşgah" sığorta Sual: İş yerlərinin attestasiyası necə aparılmalıdır? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi" Qaydalarına əsasən aparılmalıdır. Sual: Əməyin mühafizəsi qaydalarının pozulmasına görə hansı cərimə sanksiyaları mövcuddur? Cavab: İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürən min manatdan iki min manatadək miqdarında cərimə edilir. Sual: İstehsalatda baş vermiş bədbəxt hadisələr hansı halda təhqiq edilməlidir? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarının 1.2 bəndində sadalanan hallar mövcud olduqda. Sual: Zərərə görə ödənc almaq hüququ olan şəxsin ödənilən zərərə görə aylıq ödəncinin miqdarı nə zaman artırılır? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və yə bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi" Qaydalarının 3.5 bəndinə əsasən təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif(vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Sual: Zərərə görə ödənc almaq hüququna malik olan şəxslər kimlərdir? Cavab: Zərərə görə ödənc almaq hüququna malik olan şəxslərin siyahısı Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1121-ci maddəsində qeyd olunur. Sual: Əməyin mühafizəsi normaları və qaydaları hansı normativ sənədlərlə tənzimlənir? Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsi, müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlar, Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. (AR ƏM maddə 207) Sual: Dövlət Əmək Müfəttişliyi Xidmətinin hansı obyektlərdə dövlət nəzarətini həyata keçirmək hüququ vardır ? Cavab:Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra-işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Sual: Dövlət idarə və müəssisələrində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti hansı qaydada həyata keçirilir ? Cavab:Dövlət idarə və müəssisələrində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatı tərəfindən təsdiq edilmiş qrafik əsasında Xidmətin aparatı və yerli orqanları tərəfindən həyata keçirilir. Sual: Sahibkarlıq subyektlərində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti hansı qaydada həyata keçirilir ? Cavab:Sahibkarlıq subyektlərində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq Reyestrdə qeydiyyatdan keçdikdən sonra "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli fərmanının 6-cı bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə Xidmətin aparatı və yerli orqanları tərəfindən həyata keçirilir. Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarətinin başqa vaxta keçirilməsi mümkündürmü ? Cavab:İşəgötürən və ya onun nümayəndəsi əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarətinin başqa vaxta keçirilməsini əsaslandırmaqla Xidmətin və ya onun yerli orqanının rəhbərliyinə rəsmi müraciət edərsə, bu müraciətə baxılaraq müvafiq qərar qəbul edilir. Sual: İşəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarətinin aparılmasına müvafiq şərait yaradılmadıqda ona qarşı hansı tədbirlər həyata keçirilə bilər ? Cavab:Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318.2-ci məddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. Sual: Dövlət Əmək Müfəttişliyi Xidmətinin hansı vəzifəli şəxsləri dövlət nəzarətini həyata keçirmək hüququna malikdir ? Cavab:Xidmətin rəisi, rəis müavinləri, şöbə müdirləri (ümumi şöbə, mühasibat və kadr şöbəsi istisna olmaqla), sektor müdirləri, Xidmətin yerli orqanlarının rəisləri və rəis müavinləri- baş əmək müfəttişləri, həmçinin Xidmətin aparatının və onun yerli orqanlarının baş əmək müfəttişləri və əmək müfəttişləri dövlət nəzarəti həyata keçirmək hüququna malikdir. Sual: Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri dövlət nəzarəti zamanı hansı tədbirləri həyata keçirir ? Cavab:Xidmətin vəzifəli şəxsləri dövlət nəzarətini həyata keçirərkən öz səlahiyyətləri daxilində aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üzrə müvafiq göstərişlər verir, qanun pozuntusuna yol vermiş işəgötürənləri qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir, eləcə də əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə qərar qəbul edir. Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxsləri tərəfindən verilmiş göstərişlərin yerinə yetirilməməsinə görə işəgötürənlərə qarşı hansı tədbirlər həyata keçirilə bilər ? Cavab:Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318.1-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən qəbul edilmiş qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri digər qərarların yerinə yetirilməməsinə görə- vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir. Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dair keçirilən dövlət nəzarəti ilə əlaqədar işəgötürənlərin hansı hüquqları vardır ? Cavab:Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən qəbul edilən qərarlardan Xidmətin yuxarı orqanına və ya məhkəməyə şikayət edə bilərlər. Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti neçə müddətdən bir keçirilir ? Cavab:Dövlət idarə və müəssisələrində müddət məhdudiyyəti yoxdur. Sahibkarlıq subyektlərində illik qrafikə əsasən planlı və zəruri hallarda əsaslandırmaqla plandan kənar dövlət nəzarəti keçirilə bilər. Sual:Orta əmək haqqı necə hesablanır? Cavab:Əmək məcəlləsinin 177 maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Sual:İşçinin vəfatı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının ən azı neçə misli miqdarında müavinət ödənilir? Cavab:Əmək məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, işçinin vəfatı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının ən azı üç misli miqdarında. Sual:Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə müəyyən edilir? Cavab:Əmək məcəlləsinin 162-ci maddəsinə uyğun olaraq, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Sual:İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilərmi? Cavab:Əmək məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Sual:İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı necə ödənilir? Cavab:Əmək məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Sual:İşçilər iş vaxtından artıq işlədikdə əmək haqqı hansı qaydada ödənilir? Cavab:Əmək məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla,əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Sual:Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası hansı formada həyata keçirilir? Cavab:Əmək məcəlləsinin 168-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq işçinin təqsiri olmadan zay məhsul hazırlandıqda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır. Sual:İşçinin təqsiri üzündən qismən və tam zay olmuş məhsula görə əməkhaqqının ödənilməsi qaydası hansı formada həyata keçirilir? Cavab:Əmək məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. İşçinin təqsiri üzündən qismən zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı olaraq azaldılmış qiymətlərlə ödənilir. Sual:İşçinin təqsiri olmadan boşdayanma vaxtına görə əməkhaqqının ödənilməsi qaydası hansı formada həyata keçirilir? Cavab:Əmək məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Sual:İşçinin təqsiri üzündən boşdayanma vaxtına görə əməkhaqqının ödənilməsi qaydası hansı formada həyata keçirilir? Cavab:Əmək məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq, işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Sual:Əmək haqqının ödənilməsinin müddətləri? Cavab:Əmək məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Sual:Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə əməkhaqqı nə vaxt ödənilir? Cavab:Əmək məcəlləsinin 172-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Sual:İşçi işdən çıxarkən ona düşən bütün ödənclər (son haqq-hesab) nə zaman ödənilir? Cavab:Əmək məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Sual:Əmək haqqı işçiyə harada verilməlidir? Cavab:Əmək məcəlləsinin 174 maddəsinin 1-ci və 2-ci hissəsinə uyğun olaraq, əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində və yaxud əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilməklə verilir. Sual:Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının neçə faizindən çox olmamalıdır? Cavab:Əmək məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Sual:İşçiyə qanunvericiliklə nəzərdə tutulmuş hansı hallarda və qaydada iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla orta əmək haqqı ödənilməlidir? Cavab:Əmək məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla orta əmək haqqı ödənilməlidir. Sual:Əvəzçilik üzrə əmək haqqının ödənilməsi qaydası necə müəyyən olunur? Cavab:Əmək məcəlləsinin 163-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. Sual:Əmək haqqının tərkibinə nələr daxildir? Cavab:Əmək məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Sual:2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı necə hesablanır? Cavab:Əmək məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur. Sual:İşçinin əmək funksiyası nədir və hansı sənədə əsasən müəyyən edilir? Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu nəzərdə tutulur, və müvafiq Vahid Tarif Sorğu Kitabçasına əsasən müəyyən edilir. Sual:Əmək münasibətləri nə zaman yaranır? Cavab:Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən işçilərlə işəgötürən arasında əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Sual:Əmək Məcəlləsi kimlərə şamil edilmir? Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, həmçinin podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Sual:Dövlət qulluqçularına Azərbaycan Respublikasının Əmək Məcəlləsi necə şamil edilir? Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Sual:Əmək Məcəlləsinin tətbiq edildiyi digər iş yerləri hansılardır? Cavab:Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Sual:Tam iş vaxtı nədir və onun müddəti nəqədərdir? Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci bəndinə əsasən tam iş vaxtı müddəti bu məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçinin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Sual:Natamam iş vaxtı necə müəyyən edilir? Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın-ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Sual:İşçilərin əmək məzuniyyəti ilə əlaqədar hansı hüququ var. Cavab:Əmək Məcəlləsinin 110-cu maddəsinə uyğun olaraq işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək məzuniyyəti yalnız əmək müqaviləsi əsasında işləyənlərə şamil edilir və təqvim günü ilə hesablanır. Sual:İşçilər hansı məzuniyyət növlərindən istifadə edə bilər? Cavab:Əmək Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: -əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; -sosial məzuniyyət; -təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; -ödənişsiz məzuniyyət. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. Sual:Ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyət verilməlidirmi? Cavab:Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinə uyğun olaraq yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Sual:Əmək stajına görə hansı müddətə əlavə məzuniyyətlər verilir? Cavab:Əmək Məcəlləsinin 116-cı maddəsinin birinci hissəsinə uyğun olaraq Əmək stajından asılı olaraq işçilərə: -beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü; -on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü; -on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Sual:Əlavə məzuniyyət uşaqlı qadınlara verilirmi? Cavab.Əmək Məcəlləsinin 117-ci maddəsinə uyğun olaraq əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Sual:İşçinin məzuniyyət huququ nə vaxt yaranır? Cavab:Əmək Məcəlləsinin 131-ci maddəsinin birinci və ikinci hissəsinə uyğun olaraq işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti tərəflərin razılığı ilə verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Sual:Əmək məzuniyyəti başqa vaxta keçirilə bilərmi? Cavab:Əmək Məcəlləsinin 134-cü maddəsinə uyğun olaraq əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər: a) əmək qabiliyyəti müvəqqəti itirildikdə; b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə; c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;
Tehlukesizlik Texnikasi
:Rauf Eliyev
Sual: İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiq edilməsi hansı normativ aktla tənzimlənir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydaları ilə tənzimlənir.
Sual: İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zərərçəkənə dəymiş zərərin əvəzini kim ödəyir və hansı qərar əsasında?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və yə bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi" Qaydalarının 1.1 bəndinə əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.
Sual: Hansı sənədlər olduqda işəgötürən əmək xəsarətinə dəyən zərəri ödəməlidir?
Cavab: a) İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt (İZ formalı) və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnamə, qərar)
b) işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə olduqda.
Sual: İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta edilməsi hansı qanunla tənzimlənir və işçilər hansı sığorta şirkətlərində sığortalanmalıdırlar?
Cavab: 2010-cu il 11 may tarixli N999-IIIQ nömrəli "İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Sığorta şərkətləri - "Paşa Həyat" sığorta, "Qala Həyat" sığorta, "Atəşgah" sığorta
Sual: İş yerlərinin attestasiyası necə aparılmalıdır?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi" Qaydalarına əsasən aparılmalıdır.
Sual: Əməyin mühafizəsi qaydalarının pozulmasına görə hansı cərimə sanksiyaları mövcuddur?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürən min manatdan iki min manatadək miqdarında cərimə edilir.
Sual: İstehsalatda baş vermiş bədbəxt hadisələr hansı halda təhqiq edilməlidir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarının 1.2 bəndində sadalanan hallar mövcud olduqda.
Sual: Zərərə görə ödənc almaq hüququ olan şəxsin ödənilən zərərə görə aylıq ödəncinin miqdarı nə zaman artırılır?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və yə bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi" Qaydalarının 3.5 bəndinə əsasən təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif(vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir.
Sual: Zərərə görə ödənc almaq hüququna malik olan şəxslər kimlərdir?
Cavab: Zərərə görə ödənc almaq hüququna malik olan şəxslərin siyahısı Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1121-ci maddəsində qeyd olunur.
Sual: Əməyin mühafizəsi normaları və qaydaları hansı normativ sənədlərlə tənzimlənir?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsi, müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlar, Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. (AR ƏM maddə 207)
Sual: Dövlət Əmək Müfəttişliyi Xidmətinin hansı obyektlərdə dövlət nəzarətini həyata keçirmək hüququ vardır ?
Cavab:Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra-işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Sual: Dövlət idarə və müəssisələrində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti hansı qaydada həyata keçirilir ?
Cavab:Dövlət idarə və müəssisələrində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatı tərəfindən təsdiq edilmiş qrafik əsasında Xidmətin aparatı və yerli orqanları tərəfindən həyata keçirilir.
Sual: Sahibkarlıq subyektlərində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti hansı qaydada həyata keçirilir ?
Cavab:Sahibkarlıq subyektlərində əmək qanunvericiliyinə əməl olunmasına dair aparılan dövlət nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq Reyestrdə qeydiyyatdan keçdikdən sonra "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli fərmanının 6-cı bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə Xidmətin aparatı və yerli orqanları tərəfindən həyata keçirilir.
Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarətinin başqa vaxta keçirilməsi mümkündürmü ?
Cavab:İşəgötürən və ya onun nümayəndəsi əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarətinin başqa vaxta keçirilməsini əsaslandırmaqla Xidmətin və ya onun yerli orqanının rəhbərliyinə rəsmi müraciət edərsə, bu müraciətə baxılaraq müvafiq qərar qəbul edilir.
Sual: İşəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarətinin aparılmasına müvafiq şərait yaradılmadıqda ona qarşı hansı tədbirlər həyata keçirilə bilər ?
Cavab:Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318.2-ci məddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
Sual: Dövlət Əmək Müfəttişliyi Xidmətinin hansı vəzifəli şəxsləri dövlət nəzarətini həyata keçirmək hüququna malikdir ?
Cavab:Xidmətin rəisi, rəis müavinləri, şöbə müdirləri (ümumi şöbə, mühasibat və kadr şöbəsi istisna olmaqla), sektor müdirləri, Xidmətin yerli orqanlarının rəisləri və rəis müavinləri- baş əmək müfəttişləri, həmçinin Xidmətin aparatının və onun yerli orqanlarının baş əmək müfəttişləri və əmək müfəttişləri dövlət nəzarəti həyata keçirmək hüququna malikdir.
Sual: Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri dövlət nəzarəti zamanı hansı tədbirləri həyata keçirir ?
Cavab:Xidmətin vəzifəli şəxsləri dövlət nəzarətini həyata keçirərkən öz səlahiyyətləri daxilində aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üzrə müvafiq göstərişlər verir, qanun pozuntusuna yol vermiş işəgötürənləri qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir, eləcə də əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə qərar qəbul edir.
Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxsləri tərəfindən verilmiş göstərişlərin yerinə yetirilməməsinə görə işəgötürənlərə qarşı hansı tədbirlər həyata keçirilə bilər ?
Cavab:Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 318.1-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən qəbul edilmiş qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri digər qərarların yerinə yetirilməməsinə görə- vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.
Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dair keçirilən dövlət nəzarəti ilə əlaqədar işəgötürənlərin hansı hüquqları vardır ?
Cavab:Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən qəbul edilən qərarlardan Xidmətin yuxarı orqanına və ya məhkəməyə şikayət edə bilərlər.
Sual: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti neçə müddətdən bir keçirilir ?
Cavab:Dövlət idarə və müəssisələrində müddət məhdudiyyəti yoxdur. Sahibkarlıq subyektlərində illik qrafikə əsasən planlı və zəruri hallarda əsaslandırmaqla plandan kənar dövlət nəzarəti keçirilə bilər.
Sual:Orta əmək haqqı necə hesablanır?
Cavab:Əmək məcəlləsinin 177 maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Sual:İşçinin vəfatı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının ən azı neçə misli miqdarında müavinət ödənilir?
Cavab:Əmək məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, işçinin vəfatı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının ən azı üç misli miqdarında.
Sual:Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə müəyyən edilir?
Cavab:Əmək məcəlləsinin 162-ci maddəsinə uyğun olaraq, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Sual:İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilərmi?
Cavab:Əmək məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Sual:İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı necə ödənilir?
Cavab:Əmək məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Sual:İşçilər iş vaxtından artıq işlədikdə əmək haqqı hansı qaydada ödənilir?
Cavab:Əmək məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla,əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir.
Sual:Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası hansı formada həyata keçirilir?
Cavab:Əmək məcəlləsinin 168-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq işçinin təqsiri olmadan zay məhsul hazırlandıqda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.
Sual:İşçinin təqsiri üzündən qismən və tam zay olmuş məhsula görə əməkhaqqının ödənilməsi qaydası hansı formada həyata keçirilir?
Cavab:Əmək məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. İşçinin təqsiri üzündən qismən zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı olaraq azaldılmış qiymətlərlə ödənilir.
Sual:İşçinin təqsiri olmadan boşdayanma vaxtına görə əməkhaqqının ödənilməsi qaydası hansı formada həyata keçirilir?
Cavab:Əmək məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Sual:İşçinin təqsiri üzündən boşdayanma vaxtına görə əməkhaqqının ödənilməsi qaydası hansı formada həyata keçirilir?
Cavab:Əmək məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq, işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
Sual:Əmək haqqının ödənilməsinin müddətləri?
Cavab:Əmək məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Sual:Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə əməkhaqqı nə vaxt ödənilir?
Cavab:Əmək məcəlləsinin 172-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Sual:İşçi işdən çıxarkən ona düşən bütün ödənclər (son haqq-hesab) nə zaman ödənilir?
Cavab:Əmək məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
Sual:Əmək haqqı işçiyə harada verilməlidir?
Cavab:Əmək məcəlləsinin 174 maddəsinin 1-ci və 2-ci hissəsinə uyğun olaraq, əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində və yaxud əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilməklə verilir.
Sual:Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının neçə faizindən çox olmamalıdır?
Cavab:Əmək məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
Sual:İşçiyə qanunvericiliklə nəzərdə tutulmuş hansı hallarda və qaydada iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla orta əmək haqqı ödənilməlidir?
Cavab:Əmək məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla orta əmək haqqı ödənilməlidir.
Sual:Əvəzçilik üzrə əmək haqqının ödənilməsi qaydası necə müəyyən olunur?
Cavab:Əmək məcəlləsinin 163-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
Sual:Əmək haqqının tərkibinə nələr daxildir?
Cavab:Əmək məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Sual:2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı necə hesablanır?
Cavab:Əmək məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur.
Sual:İşçinin əmək funksiyası nədir və hansı sənədə əsasən müəyyən edilir?
Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu nəzərdə tutulur, və müvafiq Vahid Tarif Sorğu Kitabçasına əsasən müəyyən edilir.
Sual:Əmək münasibətləri nə zaman yaranır?
Cavab:Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən işçilərlə işəgötürən arasında əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
Sual:Əmək Məcəlləsi kimlərə şamil edilmir?
Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, həmçinin podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə
şamil edilmir.
Sual:Dövlət qulluqçularına Azərbaycan Respublikasının Əmək Məcəlləsi necə şamil edilir?
Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
Sual:Əmək Məcəlləsinin tətbiq edildiyi digər iş yerləri hansılardır?
Cavab:Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
Sual:Tam iş vaxtı nədir və onun müddəti nəqədərdir?
Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci bəndinə əsasən tam iş vaxtı müddəti bu məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçinin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Sual:Natamam iş vaxtı necə müəyyən edilir?
Cavab:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın-ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Sual:İşçilərin əmək məzuniyyəti ilə əlaqədar hansı hüququ var.
Cavab:Əmək Məcəlləsinin 110-cu maddəsinə uyğun olaraq işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək məzuniyyəti yalnız əmək müqaviləsi əsasında işləyənlərə şamil edilir və təqvim günü ilə hesablanır.
Sual:İşçilər hansı məzuniyyət növlərindən istifadə edə bilər?
Cavab:Əmək Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
-əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
-sosial məzuniyyət;
-təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
-ödənişsiz məzuniyyət.
Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.
Sual:Ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyət verilməlidirmi?
Cavab:Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinə uyğun olaraq yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
Sual:Əmək stajına görə hansı müddətə əlavə məzuniyyətlər verilir?
Cavab:Əmək Məcəlləsinin 116-cı maddəsinin birinci hissəsinə uyğun olaraq Əmək stajından asılı olaraq işçilərə:
-beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü;
-on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü;
-on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Sual:Əlavə məzuniyyət uşaqlı qadınlara verilirmi?
Cavab.Əmək Məcəlləsinin 117-ci maddəsinə uyğun olaraq əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Sual:İşçinin məzuniyyət huququ nə vaxt yaranır?
Cavab:Əmək Məcəlləsinin 131-ci maddəsinin birinci və ikinci hissəsinə uyğun olaraq işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti tərəflərin razılığı ilə verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Sual:Əmək məzuniyyəti başqa vaxta keçirilə bilərmi?
Cavab:Əmək Məcəlləsinin 134-cü maddəsinə uyğun olaraq əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;