Seyyidlər kimdir və onlara inanmaq olarmı?

Özünə seyid deyərək camaatdan pul tələb edənlərə aldanaraq pul vermək, onları müqəddəsləşdirmək qadağandır. Həmçinin, Allahın izni olmadan heç kəs başqasına zərər vura bilməz: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır". (əl-Ənam, 17-18; әl-­Әraf, 188)
"Seyyid" sözü ərəb dilində ağa, başçı deməkdir. İslam dinində seyyid sözü hörmət əlaməti olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavtı olsun) nəslindən olan insanlara deyilir. Peyğəmbər demişdir: "Mən qiyamət günündə insanların seyyidiyəm!" (Buxari, "Ənbiyə", 3; Muslim, "İman", 367, 369). "Fatimə cənnətdəki qadınların seyyidəsidir" (Buxari, "Fədailu-l-Əshab" 29; "Mənəqib", 25).
Təəssüflər olsun ki, Azərbaycanda bu anlayış düzgün qəbul olunmamışdır. Birincisi, bir insanın Peyğəmbərin nəslindən olmasını təsdiqləmək üçün həmin şəxsin seyyidliyini təsdiq edən sənədi olmalıdır. Bu sənəd bəzi ərəb ölkələrində olan nəsil arxivlərindən alınır. İkincisi isə ölkəmizdə özlərinin seyyid olmalarını iddia edənlərin əksəriyyəti bu addan sui-istifadə edərək insanları özlərinə tabe etdirir, nəzir vermək adı ilə sədəqələr yığır, özlərini hamıdan üstün tutur və Peyğəmbərin əhli-beytinə, onun nəslinə yaraşmayan əməllər edirlər. Halbuki, Peyğəmbərimizin əhli-beytinə sədəqə yemək qadağan olunmuşdur. Həmçinin, İslam dinində əsil-nəsəbi ilə öyünmək günah hesab edilir. Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində xəbər verilir ki, Allahın dərgahında insanlar arasındakı üstünlük Allaha olan imana və itaətə görədir. İslam dinində buna təqva deyilir. Təqva Allahın buyurduqlarını yerinə yetirmək və Onun qadağan etdiyi şeylərdən çəkinməkdir. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır" (əl Hucurat, 13).

Seyyidlər kimdir və onlara inanmaq olarmı? - 814229661169

Комментарии

  • 11 янв 2016 20:15
    Peyqəmbər nəslinin davamçıları
  • 11 янв 2016 20:16
    Teqva ve gozel Exlaq. ответил
    ne tez oxudunuz movzunu bele ? reyi tez yazdiniz onuncun sorucdum .
  • 11 янв 2016 20:18
    ответил Teqva ve gozel Exlaq.
    Düzü oxuyacam ama sualın cavabı elədi bildiyimçin yazdım
  • 11 янв 2016 20:19
    Teqva ve gozel Exlaq. ответил
    sadece movzunun bawligi ucundur o sual . ozumuz cavab etmiwik orda Allahin izniyle .
  • 11 янв 2016 20:29
    ответил Teqva ve gozel Exlaq.
    Siz qeyd etdiyiniz o seyyidliyi təsdiq edən sənədkivar o, yalnız bəzi dırnağarası seyyidlərə və o, məqamnan suyiistifadə edənlərçin lazımdı
  • 11 янв 2016 20:36
    Üzür istəyirəm bəlkədə çoxyazdım. Bizim rayonda elə seydlər varki oların ayaqqbıları olarüçün dönür nəzirləri özlərinə zorla verilir. məncə özün elə seyyidlərə ürəkdən nəzir verirsənsə olar  qəbuldu
  • 11 янв 2016 20:40
    Teqva ve gozel Exlaq. ответил
    her wey aciq aydin yazilib movzuda .
  • 11 янв 2016 20:41
    ответил Teqva ve gozel Exlaq.
    Mövzuda hərkəsə şamil olunur
  • 11 янв 2016 21:38
    Esil seyyid duwub qapi qapi gezmemelidir " onlarn nezirleri onlara oz evinde catmaldr .
  • 12 янв 2016 07:01
    neslimi sorussan seyyid neslidir ,seyyis usagindan xeber al meni.
  • 12 янв 2016 08:28
    Allah razi olsun sizden .Aciq sekilde bawa salaraq yazdiginiz ucun.
  • 12 янв 2016 08:29
    Amin sizdende
  • 13 янв 2016 10:20
    Allah razi olsun  cox gozel izah olunub buna artiq serh lazim deyil basa dusenler ucun
  • 13 янв 2016 12:08
    Teqva ve gozel Exlaq. ответил V B
    Amin sizdende