Ömrümə ömürlük qəmi gətirdin,

Dümanı gətirdin, çəni gətirdin,
Kimsəsisz qəlbimə Səni gətirdin,
Sənsiz bu dünyanı istəmirəm mən.
Sənsiz nə baharım, nə də qışım var,
Gözlərimdən axan həsrət yaşım var,
Sinəmdən asılan qara daşım var,
Sənsiz bu dünyanı istəmirəm mən.
Sənsiz nə sevinir, nə də gülürəm,
Dünyanı qaranlıq məzar bilirəm,
Sənsizlikdən yavaş-yavaş ölürəm,
Sənsiz bu dünyanı istəmirəm mən.
Sənsiz istəmirəm vura ürəyim,
İstərəm dayana, dura ürəyim,
Onsuzda yaradı, yara ürəyim,
Sənsiz bu dünyanı istəmirəm mən.
Qayıt gəl ömrümə durnalar kimi,
Qışdan sonra gələn ilk bahar kimi,
Ölüncə sevərəm səni yar kimi,
Sənsiz bu dünyanı istəmirəm mən...

Комментарии