Ona biraz menden danis

\De ki,sən gördüyün gəncdən,
Nə əsər var,nə əlamət.
Qalmayıbdı həmin görkəm,
Qalmayıbdı həmin surət.
Saçlarına dən düşübdür,
Üzün dəyişdirib qırış-
Ona biraz məndən danış.
De ki,görsən tanımarsan
tanıdığın o oğlanı.
Nə əvvəlki yerişi var,
Nə əvvəlki sağlam canı.
De üz-üzə gəlsənizdə,
Bəlkə sənə gəlməz tanış-
Ona biraz məndən danış.
De ki,daha sevmir səni,
Ay sevgisi olmayan qız.
De ki,necə sevsin səni?
Vəfasızsan sən vəfasız.
Nə əvvəlki ürək qalıb,
Nə əvvəlki baxan baxış-
Ona biraz məndən danış.
Dediyimi çatdır ona,
Cümlə-cümlə,sətir-sətir.
Ondan heçnə istəmirəm,
Bircə dənə salam gətir.
Məndə deyim ürəyimə,
Salam deyən qızla barış-
Ona biraz məndən danış.

Ona biraz menden danis - 772119482381

Комментарии

  • 17 мая 2015 01:18
    sen goren deyilem men, xeyli deyiwilmiwem. Menim gencliyim otdu, sen yene de gozelsen