Комментарии
- 8 июл 2016 16:02ℵ ❀ ﻉŁ QĨʒĨ ❀ ℵSalam .xos gelmisiniz Sadiq bey
- 8 июл 2016 16:04sadiq umud ответил ℵ ❀ ﻉŁ QĨʒĨ ❀ ℵƏleykümə Salam. Xoş gününüz olsun inşAllah. Amin.
- 8 июл 2016 16:05ℵ ❀ ﻉŁ QĨʒĨ ❀ ℵ ответила sadiq umudAmin ,Bayraminizda mubarek
- 8 июл 2016 16:06sadiq umud ответил ℵ ❀ ﻉŁ QĨʒĨ ❀ ℵSizinlə bahəm.
- 8 июл 2016 16:07sadiq umud ответил ℵ ❀ ﻉŁ QĨʒĨ ❀ ℵİşləriniz necədir?
- 8 июл 2016 17:05ℵ ❀ ﻉŁ QĨʒĨ ❀ ℵ ответила sadiq umudSukur Yaradan .esas salamatciliqdi
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
╚► ➹❤➷ ÜRƏKDƏ QALAN SÖZLƏR ➹❤➷ ◄╗
:sadiq umud
Rəssam olsaydım əgər
Bir müəllim rəsmini
Çəkərdim zaman-zaman.
Çəkərdim saçlarımı
Sığalllayan əlini,
Üzündəki qırışı,
Hər ağaran telini.
Gecələr sübhə qədər
Yuxuma qatıb haram,
Çəkərdim aram-aram.
Ağ kətan üzərində
Rəngi rəngə qatardım,
Ağlımdan,düşüncəmdən,
Başqa, özgə nə varsa
Mən kənara atardım.
Çəkərdim həvəs ilə,
İsidərdim fırçamı
Aldığım nəfəs ilə.
Rəssam olsaydım əgər,
Oxşadıqca gözlərim
Rənglərin ahəngini
Çəkərdim nələr....,nələr.
Bir ömür yorulmadan,
Bir an belə durmadan
Necə bir həyacanla
İlk sinifə girdiyim
O anı da çəkərdim,
İllər ötüncə sonra
Son zəngin sədasına
Qarışıb ötüb keçən
Zamanı da çəkərdim.
Ağ kətan üzərində
Bir məktəb həyatının
İlk günüylə son günü
Mənimçin əfsanəyə,
Bir nağıla dönəydi,
Əllərim mürəkkəbə,
Üst-başım tabaşirə
Bulaşdığım zamanlar
Xəyalıma gələydi.
Ara-sıra gözlərim
Hey dolaydı yaş ilə,
Rəssam olmasam da mən
Qüdrətim çataydı tək
Qələmimlə yaradım
O əsəri kaş elə.
Sadiq Ümid.