Ay pipiyi qan, xoruz,

Gözləri mərcan xoruz.
Yol tap özün birtəhər,
Eylə bizi bəxtəvər,
Gör, nə qədər dərdi-sər
Çəkmədə insan, xoruz.
Yorğa gedib əvvəl at,
Gördü çətindir həyat,
Nəysə edib ehtiyat
Durdu, pərişan, xoruz.
Yaxşı sığallandı it,
Bolluca yallandı it,
Hə, belə allandı, it,
Neyləsin heyvan, xoruz?
Çıxdı deşikdən, haman
Burnunu büzdü siçan,
Biz, həm özü anbaan
Oldu peşiman, xoruz.
Titrədi, əsdi nəsə,
Hətta zəif bir səsə,
Getdi zamandan, kəsə,
Sadəcə dovşan, xoruz.
Matu-məəttəl, qoyun
Qaldı, görüb min oyun,
Bəxtinə əycək boyun,
Oldu o, qurban, xoruz.
Guya ki, çıxdı zirəng,
Nərəni çəkdi pələng,
Eh, onu da lap qəşəng
Sıxdı bu dövran, xoruz.
Əjdaha bir lo idi,
Hər günümüz şo idi,
Mərəkə, qaç-qo idi,
Bizdə güzəran, xoruz.
Sor, sən ilandan elə,
Düşdü necə əngələ,
Fıssafısından hələ,
Hamı nigaran, xoruz.
Köhnə ilin ta sonu,
İzləmisən meymunu,
Söylə, bəyəndin onu
Rəngi al-əlvan, xoruz?
Sadiq Ümid.

Ay pipiyi qan, xoruz, - 850608882433

Комментарии