Bulud tək boşalıb, dolanım

mənim,
Həsrətdən saralıb, solanım mənim.
Əlləri qoynunda qalanım, mənim,
Axı ayrılığı özün istədin.
Bəlkə də həmdəmsən qəmə, kədərə,
Çarəsizsən qatlanmısan nələrə.
Taleyindən gileylənmə qədərə,
Axı ayrılığı, özün istədin.
Ala gözlərindən qan yaş tökənim,
Gözləri yollar da boynun bükənim.
Indi çox peşmanam ,qayıt deyənim,
Axı ayrılığı özün istədin.

Комментарии

Комментариев нет.