Şiə alimləri zəncir vurmağı, qəmə vurmağı, baş yarmağı halal bilir deyən nankorlar oxuyun !!!

Vəfat etmiş Üləmar:
Böyük Ayətullah Seyyid Muhsin Həkim (r.a): Qəmə zəni,dini və ya müstəhəb bir iş deyil. Bu iş İslam,Müsəlmanlar və Əhli-Beytin zərərinədir.
Böyük Ayətullah Seyyid Əbul Qasim Xoi (r.a): Qəmə zəni haqqında heçbir dəlil yoxdur və onun müstəhəb sayılması üçün heçbir yol yoxdur.
Böyük Ayətullah Seyyid Əbul Həsən İsfahani (r.a): Qəmə zəni, Zincir vurmaq haramdır.
Böyük Ayətullah Seyyid Muhsin Əmin Cəbəl Amuli (r.a): Qəmə zəni və bu kimi yas mərasimləri ağıl hökmünə və şəriətə görə haramdır.Dünyada faydası olmayan və axirətdə də savabı olmayan başı yaralamaq nəfsə əziyyət etməkdir ki şəriətdə haramdı r.Bu əməl Əhli-Beytin Şiələrinin xalqın gözündən düşməsinə və onları vəhşi saymağlarına səbəb olmuşdur. Heç şübhə yoxdurki bu kimi əməllər şeytanların vəsvəsələrindən qaynağlanır və Allahın,Peyğəmbərin və Əhli-Beytin razılığı yoxdur.Əlbəttə bu əməllərin adlarını dəyişdirmək onun mahiyyətini və haram olan şəri hökmünü dəyişdirməz.
Böyük Ayətullah Şəhid Seyyid Muhamməd Baqir Sədr(r.a): Bu kimi işlər,cahil insanların işidir və Üləma davamlı olaraq bu kimi işləri qadağan etmiş və haram etmişdir.
Böyük Ayətullah Fazil Lənkərani (r.a): Qəmə zəni mövzusu,xalqın İmam Hüseynə daha çox marağ göstərməsinə,yönəlməsinə və Onun Müqəddəs hədəfinə səbəb olmadığı kimi,pis nəticələr verməsinə səbəb olur.Bu səbəbdən İmam Hüseyn (a.s) məktəbinə bağlı olan şiələr bu işlərdən uzaq durmalı və əgər hətta nəzir etmiş belə olsalar nəzirləri səhih deyil.
Böyük Ayətullah Şəhid Mürtəza Mütəhhəri(r.a): Bu kimi mərasimlər Ortodoks Xristiyanlarından qaynaqlanmışdır.
Böyük Ayətullah Muhamməd Cavad Muğniyə (r.a): Xoş olmayan bu işlər,bidətdir.Din və məzhəbdə yeri yoxdur.
Ayətullah Meşkini (r.a): Bu kimi işlər İslam şəriətində qəbul edilməmişdir,hətta bunlardan bəziləri zatən haramdır. Müsəlmanlar,bir çeşid ibadət olan İmam Hüseynin (a.s) mərasimlərinə bunları daxil etməkdən qətiyyən çəkinməlidirlər.
Yaşayan ÜləmalaR
Böyük Ayətullah Seyyid Əli Xamenei :
Qəmə zəni,uydurma bir əməldir və dinlə əlaqəsi olmayan işlərdəndir.Heç şubhə yoxdur ki Allahda onun edilməsinə razı deyil.
Kamunistlər Azərbaycana müsəllət olduğları vaxt,bütün İslami əsərləri yox etdilər; nümunəsi, Məscidləri anbarlara çevirdilər;dini salonları və Hüseyniyyələri elə şeylərə çevirdilər ki, olardan İslamdan və Şiəlikdən heçbir əsər elamət qalmadı.sadəcə bir şeyə icazə verdilər o da "Qəmə zəni" idi.!Niyə? Çünki qəmə zəninin özü onlar üçün din və Şiəliyin əleyhinə istifadə edəcəkləri bir propaqanda idi! Bu şəkildə bəzən düşmən bu kimi bəzi şeyləri din əleyhinə istifadə edir. Hər zaman xurafatlar ortaya çıxsa,xalis din pis tanınacağdır.
Böyük Ayətullah Cavadi Amuli:
İslamın çirkin tanınmasına və matəm məclislərinə təhqirə səbəb olan şeylər caiz deyil.Qəmə zəni və bunun kimi şeylərdən uzaq durulması məsləhət görülür.
Böyük Ayətullah Məkarim Şirazi: Yas və Matəm məclisləri elə bir şəkildə olmalıdırki İslam düşmənlərinin əlinə bəhanə verməməli və Sui istifadə etmələrinə səbəb olmamalıdır.Və bu əzim və böyük mərasimlər zəyifləməməlidir.Bununla bağlı məzhəbin ləkələnməsinə səbəb olacaq işlərdən - jiletlə sinə vurmaq və ya bıçaqlı və jiletli zincirlərlə özünə vurmağdan - deyanılmalıdır.
Böyük Ayətullah Məzahiri İsfahani:
Qəmə vurmaq və bunun kimi şeylər caiz deyil.
Böyük Ayətullah Seyyid Kazım Hairi:
Qəmə vurmaq kimi xurafatlar,İslam və Şiəliyin pis tanınmasına səbəb olur
Böyük Ayətullah Nuri Həmədani (Müraciət):Yas tutan möhtərəmlər, Qəmələri öz başlarınıza vurunca İslam torpağlarını işğal etmiş, onları zəyiflətmə fikrində olan və onların qaynaq və sərmayələrini boşaltmaq üçün hər gün yeni oyunlara İslami həyatı təhlükəyə soxmaq istəyənlərin başlarına vurun.Allah, bu yolu qət etmələri üçün bütün Müsəlmanlara inayət və uğur ehsan etsin.
Böyük Ayətullah Şeyx Muhamməd Yaqubi:
Ağıldan kənar əməllərin edilməsi,nəfsə zərər vermək və ya din Əhli Beyt (a.s.) məktəbinə xəyanət və təhqirə səbəb olacaq şeylər caiz deyil. Bununla bağlı qəmə vurmaq və kəsən şeylərlə bədəni qanlar içində buraxmağdan çəkinmək fərzdir.
Ayətullah Muhamməd Mehdi Asifi: Bu işlər Aşura ismarıcını xalqa çatmasında pis təsurat yaradır və Hüseyni şiələrin hörmətdən düşməsinə səbəb olur.
Böyük Ayətullah Seyyid Əli Sistani:
"Yas və matəmə ləkə gətirəcək işlərdən Çəkinilməlidir"
Mərhum Ayətullah üzma Mirzə Cavad Təbrizi:"Əba Əhli üçün yas tutmaq ən önəmli dini şüarlardan və Şiənin bəqi qalmasının sirlərindəndir.Ancaq yas tutan əzizlər məzhəbin qaralmasına,İslam və Əhli Beyt (a.s) düşmənləri tərəfindən sui istifadə ediləcək işlərdən çəkinməkləri lazımdır." Yenə başqa bir yerdə belə buyurmuşdur." Yas elə bir şəkildə tutulmalıdır ki Şiəyə ləkə gətirməməlidir"

Şiə alimləri zəncir vurmağı, qəmə vurmağı, baş yarmağı halal bilir deyən nankorlar oxuyun !!! - 771176486201

Комментарии

  • 8 мар 2015 20:36
    salm eleykum zencir vurmaq haram deyil men kitab oxumamlwam onu xatlrlatmaq isteyirem ki Imamlarlmlzl wejid rdib bawlarlnl nizeye taxlb ailelerini zencixe vurub aparlrlar men bilen zencir vurmar o vaxtdan qalib
  • 8 мар 2015 20:38
    Salam aleykum. Qardaş bu qədər müctehid adı yazdım oxuyub oxuyub axırda deyirsizki mən bilən haram deyil  ? Camaatı lağa qoymusuz ??? Sizin biliyiniz nədirki müctehidlərin qabağında ?
  • 9 мар 2015 00:10
    Assalemu aleykum. Bir sözle cahillik.
  • 9 мар 2015 00:14
    Və aleykum salam və rahmətullahi və barakatuh
  • 9 мар 2015 19:51
    Bes yaxşı niye burdakı qum telebeleri buna qadağa qoymur alimlerin fetvasını tetbiq etmir niye?
  • 9 мар 2015 19:59
    Nə etməlidirlərki qum tələbələri ? Müharibəyə çıxmalıdırlar camaatla ? Muctehid deyir olmaz deməli olmazda Qu tələbəsi nə etsin buna ?
  • 9 мар 2015 20:06
    En azı cüme xütbelerinde qetiyyetle desin her defe lazımı qeder.
  • 9 мар 2015 20:09
    Lazımı qədərindəndə artıq deyilib və deyilməkdədirdə
  • 9 мар 2015 21:53
    Onda bele çıxırki buna emel edenler şie deyil.
  • 9 мар 2015 21:59
    Elmdən məraceedən uzaq bir quruq şiədirlər
  • 9 мар 2015 22:01
    Sen ne teklif edirsen şieler üçün?
  • 9 мар 2015 22:02
    Statusumu oxuyun bilərsiz
  • 9 мар 2015 22:06
    Senin statusun mene aydındı. Men deyiremki senin teklifin şielere?
  • 9 мар 2015 22:09
    Mən kiməmki şiələrə nəsədə təklif edim ?! Ən gözəl təklif Allahdandırki hər kəs öz vəzifəsinə məşqul olsun
  • 9 мар 2015 22:11
    Neise teklif etmiyeceksense onda niye burda fikir ireli sürürsen?