Meksika Kosmik Agentliyi “Azərkosmos”la əməkdaşlıq etmək niyyətindədir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan yüksək nəticələrdən, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar barədə danışıb. Azərbaycan ilə Meksika arasında sıxlaşmaqda olan siyasi-iqtisadi əlaqələrin İKT sahəsinə də təsir edəcəyini bildirən Əli Abbasov ölkələr arasında mövcud potensialdan istifadə edərək Azərbaycan və Meksika şirkətlərinin qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq edilməsinin zəruri olduğunu qeyd edib. O, bu sektor üzrə müxtəlif investisiyaların, təşəbbüslərin və bazarların genişləndirilməsinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüşdə Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağıorbitli zondlama peyki barədə ətraflı məlumat verən Əli Abbasov bu istiqamətdə Meksika Kosmik Agentliyinin “Azərkosmos” ASC ilə əməkdaşlığının çox faydalı olacağına ümidvar olduğunu bildirib. Xavier Mendieta da İKT sektoru, xüsusilə də kosmik sahə üzrə Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirərək “Azərkosmos” ASC ilə bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını diqqətə çatdırıb. Qeyd edək ki, 15-19 may tarixlərini əhatə edən səfər çərçivəsində, Meksika Kosmik Agentliyinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində görüş keçirib, Milli Aviasiya Akademiyasının laboratoriyaları ilə yaxından tanış olub, daha sonra isə Azərkosmos ASC-də keçirilən geniştərkibli görüşdə iştirak ediblər. Səfər çərçivəsində qonaqlar Şamaxı Astrofizika Rəsədxanasında da olaraq rəsədxanada aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. #новости
SNTV kabel televiziyasi
Meksika Kosmik Agentliyi “Azərkosmos”la əməkdaşlıq etmək niyyətindədir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan yüksək nəticələrdən, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar barədə danışıb.
Azərbaycan ilə Meksika arasında sıxlaşmaqda olan siyasi-iqtisadi əlaqələrin İKT sahəsinə də təsir edəcəyini bildirən Əli Abbasov ölkələr arasında mövcud potensialdan istifadə edərək Azərbaycan və Meksika şirkətlərinin qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq edilməsinin zəruri olduğunu qeyd edib. O, bu sektor üzrə müxtəlif investisiyaların, təşəbbüslərin və bazarların genişləndirilməsinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağıorbitli zondlama peyki barədə ətraflı məlumat verən Əli Abbasov bu istiqamətdə Meksika Kosmik Agentliyinin “Azərkosmos” ASC ilə əməkdaşlığının çox faydalı olacağına ümidvar olduğunu bildirib.
Xavier Mendieta da İKT sektoru, xüsusilə də kosmik sahə üzrə Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirərək “Azərkosmos” ASC ilə bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, 15-19 may tarixlərini əhatə edən səfər çərçivəsində, Meksika Kosmik Agentliyinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində görüş keçirib, Milli Aviasiya Akademiyasının laboratoriyaları ilə yaxından tanış olub, daha sonra isə Azərkosmos ASC-də keçirilən geniştərkibli görüşdə iştirak ediblər. Səfər çərçivəsində qonaqlar Şamaxı Astrofizika Rəsədxanasında da olaraq rəsədxanada aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
#новости